Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan insan alverinə qarşı necə mübarizə aparır?


“Azərbaycanlı kişi və oğlanlar Türkiyə, Rusiya, BƏƏ və Azərbaycanda məcburi əməyə cəlb olunurlar”


APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin İnsan alverinə qarşı mübarizə ilə bağlı illik hesabatında deyilir. 

Hesabatda qeyd olunur ki, Azərbaycandan olan qadın və uşaqlar ölkə daxilində, Türkiyə, Rusiya və BƏƏ-də cinsi istismara məruz qalırlar: “ Azərbaycan Türkiyə, Özbəkistan, Türkmənistan və Ukraynadan və əvvəlki illərdə Çin və Rusiyadan olan qurbanlar üçün əmək və cinsi istismarla bağlı çatdırılma ölkəsidir”.

Qeyd olunur ki, Azərbaycan hökuməti insan alverinin qarşısını almaqla bağlı nəzərəçarpacaq səylər göstərir: "Hesabat dövründə hökumət insan alveri ilə bağlı təhəqiqatları artırıb, güclü məhkəmə proseduruna dəstək verib, əmək və cinsi alverlə bağlı sərt hökmlər çıxarıb". Dövlət Departamenti həmçinin Azərbaycan üçün tövsiyyələrini də açıqlayıb: "Azərbaycan potensial insan alveri ilə bağlı hadisələri, xüsusilə potensial məcburi əmək hallarını, insan alveri cinayətlərini daha aktiv arşadırmalı, cinayət məsuliyyətinə cəlb etməli, insan alverçilərini cəzalandırmalı və həbs etməli, milli mexanizmi həyata keçirməklə bağlı standart işlək prosedurları yaratmalı və bu prosesdə QHT və digər maraqlı tərəflərin rolunu formalaşdırmalıdır”.

Hesabatda qeyd olunub ki, hökumət qurbanlara yardım etməklə bağlı ciddi səylər göstərib,. lakin QHT-lərin maliyyələşməsi artıq 3-cü ildir ki məhdudlaşdırılır.

Daxili İşər Nazilriyinin İnsan alverinə qarşı mübarizə departamentinin Bakıda sığınacaqları fəaliyyət göstərməyə davam edir: “Lakin sığınacaqlar ciddi qorunur və qurbanlar, o cümlədən böyük insanların hərəkət etmək hüququ yoxdur. 2015-ci ildə hökumət 63 insan alveri qurbanını olduğunu təsdiqləyib ki onlardan da 56-sı qadın, 6-sı kişi və 1-i uşaqdır. Əvvəlki ildə isə bu rəqəm 54 olub. 56 qadından 53-ü cinsi istismar , 3-ü isə əmək istismarı qurbanı olub. 6 kişi əmək istismarı, bir uşaq isə cinsi istismara məruz qalıb. Hökumət 63 qurbana iş dəstəyi göstərməkə birdəfələik 400 manat yardım ayırıb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Ən çox oxunanalar