Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan hava məkanından 26 milyon sərnişin daşınıb

2018-ci ildə Azərbaycanın hava məkanından istifadə edən təyyarələrin sayı rekord həddə çatıb

Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) 2018-ci il üzrə statistik məlumatlarına əsasən, Azərbaycanın hava məkanından ümumilikdə 150 min reys istifadə edib. Onlardan 95 mini tranzit reyslərin payına düşür.

Bu göstərici AZANS-ın bütün fəaliyyəti dövründə ən rekord göstərici olub. Sutka ərzində rekord say 500 reys təşkil edib. Həmin reyslərlə ümumilikdə 26 milyon sərnişin daşınıb. 6 min aviareys ən iri “Airbus A380” sərnişin laynerləri vasitəsilə yerinə yetirilib.

Hava hərəkəti üzrə statistik məlumatlar 2017-ci ilin göstəricilərindən 7,5 dəfə çoxdur. Bu ilin fevralında Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılması ölkəmiz vasitəsilə tranzit axınını xeyli artırmağa imkan verib.

“Rekord göstəricilərə nail olmaq Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya daima göstərdiyi diqqət və dəstəyi sayəsində mümkün olub. Azərbaycanın hava məkanının Avropa üçün önəmi daha da artır və daha çox aviaşirkət tranzit dəhlizi kimi ölkəmizi seçir.

Yüksək keyfiyyət, davamlılıq və təhlükəsizlik 2018-ci ildə davamlı inkişafımızın əsas tərkib hissəsi olub”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

Azərbaycanda aeronaviqasiya sahəsinin uğurlu və dinamik inkişafı Bakıya 2020-ci ildə CANSO “Global ATM Summit” aviasiya sammitinin keçirilməsi üzrə müsabiqəni qazanmağa imkan verib. Bakının namizədliyi Banqkokda İcraiyyə Komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük BritaniyaSəudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilib. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs verib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar