Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü olub, protokol imzalanıb

Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilib...

Poliqon Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə xalqlarımızın əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd edilib. Bildirilib ki, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xalqlarımızın rifahının təmin olunması baxımından böyük önəm kəsb edir.

Üçtərəfli görüşdə regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub. Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.

Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Görüşdə hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib və üçtərəfli görüşün yekununa dair protokol imzalanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Ən çox oxunanalar