Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ermənistanın Xankəndi təklifini nəzərə ala bilərmi?

Ermənistan rəsmi Bakı ilə Xankəndidəki işğalçı tör-töküntülər arasında danışıqlara dair beynəlxalq mexanizmin yaradılmasını istəyir...

Siyasi-şərhçi: “Ermənistan indiki məqamda bu cür absurd mövzuları gündəmə gətirməklə zaman qazanmaq istəyir. Sülh sazişini maksimum bacardığı qədər Türkiyədəki seçkilər və Rusiya-Ukrayna müharibəsində iki tərəfdən birinin açıq üstünlük əldə edəcəyi vaxta qədər uzatmaq istəyir”.

Azərbaycan Xankəndidə nə bir ölkə, nə də ki hansısa bir hakimiyyəti tanıyır”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ermənistanın rəsmi Bakı ilə Xankəndi məsələsini müzakirə etmək istəməsini Poliqon.info-a şərh edərkən qeyd edib.

Köhnə reallıqlara əsaslanan yanaşmalarından əl çəkməyən Ermənistan rəsmi Bakı ilə Xankəndidəki işğalçı tör-töküntülər arasında danışıqlara dair beynəlxalq mexanizmin yaradılmasını istəyir. Azərbaycan XİN bu təklifi birmənalı şəkildə rədd eləsə də, bilirik ki, beynəlxalq güclər bu məsələdə hələ də israrlıdır.

Bəs sülh prosesində kompromis əldə edilməsi naminə Azərbaycan Ermənistanın bu təklifini bu və ya digər şəkildə nəzərə ala bilərmi? Ümumiyyətlə, gələcək sülhdə hansı kompromislər ola bilərmi və ya ola bilməzsə, regionda nələr gözlənilir?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Tanınmayan bir rejim ilə danışıqlara qoşulmaq və yaxud eyni masa ətrafında əyləşmək onun varlığının tanınması anlamına gələr”.

Azərbaycan hakimiyyətinin öz təziqlərini artıraraq maksimum dərəcədə tez Ermənistanı masaya otuzdurmalı olduğunu düşünən siyasi-şərhçi bildirib ki, vaxtın uzanması leyhimizə olmaya bilər:

Azərbaycan Xankəndidə nə bir ölkə, nə də ki hansısa bir hakimiyyəti tanıyır. Heç Ermənistanın özü belə Artsax adlı qondarma rejimi rəsmi şəkildə tanımır. Bu halda tanınmayan bir rejim ilə danışıqlara qoşulmaq və yaxud eyni masa ətrafında əyləşmək onun varlığının tanınması anlamına gələr. Buna da Azərbaycan tərəfi əlbətdəki getməməlidir .

Hesab edirəm ki, Ermənistan indiki məqamda bu cür absurd mövzuları gündəmə gətirməklə zaman qazanmaq istəyir. Sülh sazişini maksimum bacardığı qədər Türkiyədəki seçkilər və Rusiya-Ukrayna müharibəsində iki tərəfdən birinin açıq üstünlük əldə edəcəyi vaxta qədər uzatmaq istəyir. Çünki bildiyiniz kimi, regionda iki böyük gücdən biri olan Türkiyədə may ayında prezident seçkiləri gözlənilir. Ermənistan ümid edir ki, hazırki dövlət başçısı R.T.Ərdoğan bu seçkilərdə məğlub olacaq və Azərbaycana Türkiyənin indiki kimi dəstəyi azalacaq.

Kamran Məmmədli: “Ermənistan ümid edir ki, hazırki dövlət başçısı R.T.Ərdoğan bu seçkilərdə məğlub olacaq və Azərbaycana Türkiyənin indiki kimi dəstəyi azalacaq”.

Ermənistanda bundan istifadə edərək özünə uyğun sülh müqaviləsinin imzalanmasına nail olacaq. Ancaq əlbətdə ki, bu Ermənilərin reallaşması mümkün olmayan xəyallarıdır. Çünki ən önəmlisi və ən əsası Qarabağ ərazisinin bütün beynəlxalq aləm tərəfindən Azərbaycanın ərazisi kimi tanınmasıdır. Hətta son olaraq sülh sazişinin Vaşinqton variantında belə bu öz əksini tapmışdı.

Ermənilərin digər ümidi isə, Rusiyanın Ukraynadakı müharibədə üstünlük əldə etməsi olar ki, o da hazırda biraz çətin görünür. Çünki məhz Rusiya hazırda Qarabağın ermənilərin əlindən çıxmasını istəmir. Rusiya bu bölgədə daim gərginlikdə, konflikli zona kimi saxlayaraq öz varlığını qorumaq istəyir.

Hesab edirəm ki, Azərbaycan hakimiyyəti öz təziqlərini artıraraq maksimum dərəcədə tez Ermənistanı masaya otuzdurmalıdır. Çünki vaxtın uzanması leyhimizə olmaya bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar