Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan böyük İpək Yolunun qurucu dövlətlərindən biridir” - Əli Həsənov

Azərbaycan dövləti İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə toplantısına hər zaman xüsusi diqqət ayırıb. Azərbaycan 22 ildir ki, bu toplantıda geniş tərkibli nümayəndə heyəti ilə fəal şəkildə iştirak edir. Tədbirin təşkilatçıları, o cümlədən Türkiyə hökumətini təmsil edən nümayəndələr bunu yüksək qiymətləndirirlər. Əvvəllər Zirvə toplantısında ulu öndərimiz Heydər Əliyevin, son 15 ildə isə Prezident İlham Əliyevin müraciətləri oxunub

Bu fikirləri İstanbulda keçirilən XXII Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Əli Həsənov qeyd edib ki, Avrasiya qitəsi Azərbaycanın siyasi, iqtisadi, sosial, geosiyasi, enerji, nəqliyyat, kommunikasiya maraqlarının kifayət qədər təmsil olunduğu bir qitədir. Azərbaycan da bu maraqların həyata keçirilməsi üçün fəal siyasət yürüdür. Bir neçə layihəni qeyd etmək olar. Toplantıda da bildirildiyi kimi, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən böyük İpək Yolunun qurucu dövlətlərindən biridir. Təkcə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi onu göstərdi ki, Türkiyə və Azərbaycan bu iki qitənin birləşdirilməsində önəmli rol oynayan lider dövlətlərdir. Eyni zamanda, Gürcüstanı da buraya əlavə etmək lazımdır. Bundan başqa, Azərbaycan İranRusiya ilə birlikdə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında, eləcə də Avropanı Asiya ilə birləşdirən alternativ nəqliyyat-kommunikasiya layihələrinin qurulmasında yaxından iştirak edir. Həmçinin Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması siyasətini qeyd etmək olar. Bu işdə də Azərbaycan həmişə öncül mövqeyini qoruyub saxlayıb. Həmçinin Cənub Qaz Dəhlizinin çəkilməsi, vaxtilə Avropanın reallaşdıra bilmədiyi “Nabucco” layihəsinin yeni şəraitdə həyata keçirilməsi Azərbaycanın Avrasiyaya verdiyi töhfənin bariz göstəricisidir. Bir sözlə, Azərbaycanı Avropa ilə həm nəqliyyat, enerji dəhlizləri, həm iqtisadi, siyasi, sosial layihələr bağlayır. Ona görə də hesab edirik ki, bu Zirvə toplantısında bizim deməyə sözümüz kifayət qədər çoxdur. Biz, həmçinin bu Sammitdə iştirak edən dövlətlərin rəsmilərinin, müxtəlif ölkələri təmsil edən QHT-lərin nümayəndələrinin, jurnalistlərin diqqətinə Azərbaycan həqiqətlərini, o cümlədən torpaqlarımızın işğal olunması faktını, Ermənistanın dünyada təhlükəsizliyə törətdiyi təhdidləri çatdırırıq.

pia.az


Etiket: Əli Həsənov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ən çox oxunanalar