Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nda dəyişiklik edib.

Poliqon xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər anket məlumatları, fiziki hazırlıq və sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra aşkarlıq şəraitində müsahibədən keçirilirlər.

Müsahibə barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (“AZAL” QSC) 1 ay əvvəldən öz rəsmi internet saytında, həmçinin mediada elan verir və sənədlərin qəbulunu həyata keçirir.

Müsahibəni “AZAL” QSC tərəfindən yaradılmış komissiya həyata keçirir. Komissiya sədr, katib və 5 (beş) üzvdən ibarət olmaqla yaradılır. Komissiyanın tərkibinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) 1 nümayəndəsi daxil edilir. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı komissiyanın sədri tərəfindən “AZAL” QSC-nin rəhbərinə təqdim edilir.

İndiyə qədər namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edib və 3 ay sınaq müddəti müəyyən edilməklə, onunla əmək müqaviləsi bağlayıb. Dəyişikliyə əsasən, 3 ay sınaq müddəti ləğv edilib. Beləliklə, namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edəcək və onunla əmək müqaviləsi bağlayacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ən çox oxunanalar