Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AYNA: "Parklanmaya görə nağd ödənişin tələb edilməsi tamamilə qanunsuzdur"

Azərbaycanda parklanma yerlərində vətəndaşlardan nağd ödəniş tələb edilməsi tamamilə qanunsuzdur...

Bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qurum bəzi hallarda sürücülərdən nağd ödəniş tələb edilməsi ilə bağlı şikayətlərə münasibət bildrib və sürücülərə ödənişi yalnız nağdsız etməklə bağlı çağırış edib.

"İki aydan çoxdur ki, nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş yalnız nağdsız qaydada, "AzParkinq" mobil tətbiqi və SMS vasitəsilə həyata keçirilir. Artıq 181 minə yaxın insan mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib. 18 minə yaxını insan isə balansını artırıb.

Oktyabrın 1-dən parklanma yerindən istifadə edərək ödəniş həyata keçirməyən sürücülərin avtomobillərinə qarşı cərimə tətbiq edilir. Belə ki, parklanmaya görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilən müddətdən artıq istifadə üçün əlavə ödənişin edilməməsi, nəqliyyat vasitəsinin qanunla müəyyən olunan parklanma üsulunu pozmaqla parklanmasına görə şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 10 manat məbləğində cərimə edilir.

Yeni qaydaların tətbiqi ilə bu sahədə şəffaflaşma müşahidə edilir. Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir"- deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, bu il iyunun 25-də Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ni təsdiq edib. Təsdiq edilmiş sənədə görə, Bakının parklanma yerləri “Mərkəz”, I, II, III və IV zonalar olmaqla 5 yerə bölünüb. Hər saat üçün “Mərkəz”də 1 manat, I zonada 0,70 manat, II zonada 0,40 manat və III zonada isə 0,30 manat ödəniş tələb olunur. Sonuncu IV zonada isə parklanma ödənişsizdir. Bundan əlavə digər parklanma zonalarında həftə sonu və həftə içi 22:00-dan 07:00-dək avtomobillərin parklanması ödənişsizdir.

Parklanma yerlərində ödənişlər nağdsız qaydada və 2 üsulla ödənilir. Onlardan birincisi SMS vasitəsi ilə ödənişdir. Sürücü parklanmaya başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, paklanma məntəqəsinin nömrəsini və parklanma yerini SMS vasitəsi ilə 1181 nömrəsinə göndərməlidir. Parklanma başa çatdıqda isə “SON” yazıb yenə 1181 nömrəsinə göndərməlidirlər.

İkinci ödəniş üsulu “Azparking”dir. Burada da ardıcıllıqla tələbləri yerinə yetirməklə ödənişi uğurla icra etmək olur.

Həmçinin paytaxt sakinləri "Azparking" mobil əlavəsi vasitəsi ilə müraciət edərək qeydiyyatda olduqları ərazidə 100 metr məsafədə ödənişsiz parklama hüququ əldə edə bilərlər.

Poliqon.info


Etiket: AYNA parklanma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar