Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobili aşağı sürətlə idarə edənlər qəzaya səbəb olur - Səbəblər

Avtomobili heç bir əsas olmadan aşağı sürətlə idarə etmək ciddi qəzalara səbəb olur...

Britaniya Nəqliyyat Nazirliyinin araşdırmalarına əsasən, son beş ildə avtomobili asta sürətlə idarə edən sürücülərin törətdiyi qəzalar nəticəsində ölən və yaralananların sayı 75 faiz artıb.

“Daily Star” nəşri yazır ki, ötən il heç bir əsas olmadan avtomobilini aşağı sürətlə idarə edən iki nəfər yol-nəqliyyat hadisəsinin qurbanı olub, 26 sürücü isə eyni səbəbdən ağır yaralanıb.

Baxmayaraq ki, Böyük Britaniyada çox aşağı sürətlə avtomobil idarə edən sürücülər 100 Funt sterlinq (220 AZN) pul cəriməsi və üç cərimə balı ilə cəzalandırılır.

İngiltərəli Sürücülər Alyansının təsisçisi Xyu Bladon avtomobil yollarında asta sürətlə hərəkət edənlərin təhlükə mənbəyi olmağı ilə razıdır. O, hesab edir ki, belə sürücülər başqalarını qıcıqlandırır, digər sürücüləri öz arxasına düşməyə vadar edib, onları qarşı yola çıxaraq ötmə əməliyyatını həyata keçirməyə vadar edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar