Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobil bazarında qiymət artımı nə ilə əlaqədardır? - Foto

İstehsal tarixi 10 ildən çox olan minik avtomobillərinin (nadir minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən avtomaşınlar istisna olmaqla) Azərbaycana gətirilməsinin məhdudlaşdırılması maşın bazarında qiymətlərə təsir göstərib.

“Report”un yerli bürosu hazırda avtomobillərin qiymətlərini öyrənmək üçün Sumqayıtın maşın bazarında müşahidələr aparıb. Həm alıcılar, həm də satıcılar bildiriblər ki, qiymətlər qalxıb. Özü də, nə az, nə çox - 1 000-2 000 manat.

Satıcı Zakir İbrahimov bildirib ki, qiymətlərdə fərq köhnə avtomobillərdə müşahidə edilir:

“Qiymət artımı xüsusən də buraxılış ili köhnə olan avtomobillərdə müşahidə edilir”.

Digər satıcı Ramin Heydərov isə bunun səbəblərini başqa faktorla əlaqələndirib. O, hər ilə yay fəslində qiymətlərin artdığını qeyd edib.

Satıcı Şükür Şükürov alış-verişin olmamasından gileylənib:

“Qiymətlər kəllə-çarxa qalxıb. Alıcıların da cibinə uyğun olmadığı üçün bazarda durğunluq yaşanır”.

Satıcı Əmrah Abdullazadənin sözlərinə görə, sürücülər xarici ölkələrdən maşın gətirə bilmədikləri üçün burdakı maşınlara tələbat var:

 
“Alıcılar əsasən buraxılış ili köhnə, mühərrik gücü az olan maşınlara üstünlük verir”.

Alıcı Elvin Paşabəyli qiymət artımını subyektiv səbəblərlə əlaqələndirib:

“Hərə qiyməti bir səbəbdən qaldırır. Alıcı çoxdur, amma ala bilən yoxdur. Avtomobillərin qiyməti çox artıb. Xüsusən “Mercedes-Benz” markalı maşınların”.

Alıcı Şəmsəddin Şabanov da qiymətlərin qalxdığını qeyd edib.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, istehsal tarixi 10 ildən artıq olan avtomobillərin ölkəyə buraxılmaması qərarından sonra bu nəqliyyat vasitələrinin qiymətlərində marka və modelindən asılı olaraq 1 500 manatdan başlayan artım hiss edilir:

“Bu, bir sıra maşın alverçisi adlandırdığımız şəxslər tərəfindən təyin olunan süni artımdır. Əslində istər həmin avtomobillərin, istərsə də digər köhnə avtomobillərin qiymətləri yerli bazarda süni olaraq iki-üç dəfə artırılıb. Təəssüfedici haldır ki, artıq istifadə müddətini başa vurmuş bir çox avtomobillər “bəh-bəh”lə satılır. Misal üçün, 1994-cü ilin “Mercedes-Benz”ini hələ də bazarda 10 min manat ətrafında satılması pisdir. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı tədbir görülər”.

Fotolar

Poliqon.info 


Etiket: Maşın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar