Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Kuboku: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - Yenilənib

Azərbaycan cüdoçusu Zelim Tçkayev Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunda final görüşünə çıxıb.

81 kq çəki dərəcəsində mübarizə idmançıl italiyalı Titsiano Falkone ilə qarşılaşıb.

Rəqibini məğlub edən Tçkayev qızıl medal qazanıb.

***

Azərbaycanın son 5 cüdoçusu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.

Onlardan ikisi finala yüksəlib.

81 kq-da yer alan Zelim Tçkayev ardıcıl olaraq, Koen Van Vinden (Niderland), Qay Koçav (İsrail), Qoran Kelava (Çexiya) və Lorentso Parodiyə (İtaliya) qalib gələrək finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi Titsiano Falkon (İtaliya) olacaq. Bu çəkidəki digər cüdoçu Hasil Cəfərov isə bürünc medal görüşünə çıxacaq. O, 3-cü yer uğrunda görüşdə Parodi ilə münasibətlərinə aydınlıq gətirəcək.

100 kq-dan yuxarı çəkidəki İmran Yusifov 1/4 finalda Luka Violiçlə (Xorvatiya) üz-üzə gəlib. Azərbaycan təmsilçisi cərimə xalları ilə məğlub olsa da, qərara etiraz edərək döşəkdən çıxmayıb. Epizodlu yenidən izləyən hakimlər qarşılaşmanın davam etdirilməsinə qərar veriblər. Rəqibini ipponla yenən Yusifov adını yarımfinala yazdırıb. Finala gedən yolda Ceymi Uilyamsı (Böyük Britaniya) mübarizədən kənarlaşdıran idmançı qızıl medal uğrunda qarşılaşmada Marsel Skaletslə (Xorvatiya) üz-üzə gələcək.

90 kq-da çıxış edən Rüfət İsmayılov 1/8 finalda Citse Van Den Herevegen (Belçika) üzərində qələbə qazansa da, növbəti raundda Vlad Visana (Rumıniya) uduzub.

100 kq çəki dərəcəsində yer alan Adil Kərimli 1/4 finalda Georgi Udsilauridən (Almaniya) güclü olsa da, Matey Silvestrə (Çexiya) qarşı yarımfinal görüşündə çiynindən zədə alaraq, qarşılaşmanı davam etdirə bilməyib. O, bürünc medal görüşündə Kilian Bultuislə (Niderland) qarşılaşacaq.

Qeyd edək ki, ilk gündə Azərbaycan cüdoçularından İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medal qazanıb.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

DİN-dən xəbərdarlıq: Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar