Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Komissiyasının 11-ci sanksiyalar paketi: Bu dəfə nələr olacaq?

Avropa Komissiyası Rusiya Federasiyasına qarşı 11-ci sanksiyalar paketinin təsdiqi ilə bağlı Avropa İttifaqının 27 üzv ölkəsinə təkliflər təqdim edib...

Poliqon Ukraynanın Unian nəşrinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə bildirib.

“Sizin üçün təsdiq edə bilərəm ki, Avropa Komissiyasının 11-ci sanksiyalar paketi ilə bağlı təklifi üzv ölkələrə göndərilib. Bu, cümə günü baş verib”, deyə Mamer bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının Üzv Dövlətlərinin Daimi Nümayəndələr Komitəsi (COREPER II) bu çərşənbə - mayın 10-da Avropa Komissiyasının təkliflərinin ilk müzakirəsini keçirəcək.

“Bu paket sanksiyaların həyata keçirilməsinə (bunlar əvvəllər tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdir-Poliqon.info), onların effektivliyinə və sanksiyalardan necə yayına bilinəcəyinə diqqət yetirəcək. Paket Rusiyaya ixraca yönəldiləcək... Rusiya digər ölkələrdən (qadağan olunmuş) idxalı qəbul etmir”, deyə Avropa Komissiyasının sözçüsü əlavə edib.

Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andriy Yermakın “Telegram”da verdiyi məlumata görə, Kiyev yeni sanksiyalar paketində “rus təbliğatçıları, eləcə də onların iqtisadiyyatı üçün sürprizlər” gözləyir.

Qeyd edək ki, fevralın 25-də Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiyalar paketini təsdiqləyib. Bu paketə hərbi sənaye və maliyyə sektoru müəssisələrinə və Rusiya Federasiyasının təbliğatçılarına qarşı yeni sanksiyalar daxildir. Xüsusilə, idxal/ixrac üzrə əhəmiyyətli yeni məhdudiyyətlər və Rusiya təbliğat mediasına qadağalar nəzərdə tutulur.

121 fiziki və hüquqi şəxs barəsində qətimkan tədbiri seçilib. Sanksiyalar, xüsusilə, ən azı altı min ukraynalı uşağın deportasiyasına və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanlara qarşı yönəlib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar