Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqının səfirləri Şəhidlər xiyabanını ziyarət edib

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin Azərbaycandakı səfirləri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqələr Şəhidlər xiyabanını ziyarət ediblər.

"Report"un xəbərinə görə, avropalı diplomatlar şəhidlərin xatirəsini ehtiramla anıb, məzarları önünə güllər düzüblər.

Ziyarətdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Almaniya səfiri Ralf Horlemann, İsveç səfiri Tobias Lorentzson, Slovakiya səfiri Milan Layçak, İtaliya səfiri Klaudio Taffurin və başqa diplomatlar iştirak ediblər.

Eyni zamanda, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old da Şəhidlər xiyabanını ziyarət edib.

Qeyd edək ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Ermənistan SSR-nin respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Ən çox oxunanalar