Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı dörd əsas ölkəni Rusiya və Çindən uzaqlaşdırmaq istəyir...

Braziliya, Çili, Nigeriya və Qazaxıstan Aİ-nin Rusiya ilə mübarizə və Çini cilovlamaq səylərində dəstəkləmək istədiyi dörd əsas prioritet ölkədir...

Poliqon xəbər verir ki, bu barədə Euractiv nəşri Aİ diplomatik xidmətinin daxili memorandumuna və diplomatik mühitdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, dörd ölkənin hər biri güclü regional mərkəzdir. Onları cəlb etmək üçün AB-nin bu ölkələrə qarşı tələb və yanaşmaları dəyişməli və bu ölkələrə güzəştli təkliflər verilməlidir.

“Biz birdən-birə özümüzü rəqabətli geosiyasi mühitdə tapdıq. Bu rəqabət təkcə siyasi mübarizə deyil, həm də təkliflər mübarizəsidir. Biz təklifimizi təkmilləşdirməli və onlarla əlaqələrimizi gücləndirməliyik”, deyə Avropa İttifaqının sənədində deyilir.

Nəşr yazır ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ikinci ilində Aİ Latın Amerikası, Afrika və Asiyada Rusiya və Çin təkliflərinə alternativ yaratmağa çalışır.

“Braziliya və Çili Aİ-nin əmtəələrlə zəngin Latın Amerikasına diversifikasiyası üçün arzuolunan variantlardır ki, bu da bizim dəyərlərimizə və məqsədlərimizə daha çox uyğun gəlir”, deyə Euractiv yüksək səviyyəli avropalı diplomata istinadən yazır.

Həmçinin Afrika da Aİ-nin diqqət mərkəzindədir. Qeyd edilir ki, Nigeriya Qərbi Afrikanın iqtisadi güc mərkəzidir və 2100-cü ilə qədər Çini keçərək dünyanın ikinci ən çox əhalisi olan ölkəsi olacaq.

Rusiyanın Qazaxıstan vasitəsilə beynəlxalq sanksiyalardan yayınmamasının qarşısının alınmasını əsas prioritet hesab edir. Nəşr yazır ki, Qazaxıstan həmçinin Aİ-yə Rusiyanın enerji mənbələrindən uzaqlaşmasına da kömək edə bilər.

Potensial ticarət sazişləri ilə yanaşı, sənəddə enerji, miqrasiya siyasəti, iqtisadi inkişaf və təhlükəsizlik koordinasiyası sahəsində dörd “pilot ölkə” üçün Aİ-nin təklifləri vurğulanır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar