Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İittifaqı Madurodan imtina etdi - 10 ölkə rəsmən açıqladı

Avropa Birliyi üzvü olan 10 ölkə Venesuelada seçilmiş liderə çevriliş edərək prezident olmaq istəyən Milli Məclis sədri Xuan Quaidonu "müvəqqəti dövlət başçısı" olaraq tanıdığını açıqlayıb

Avstriya, Hollandiya, İsveç, Latviya, Danimarka və Çexiya Quaidonu ölkəsinin müvəqqəti dövlət başçısı kimi tanıdıqlarını bildirib.
Sözügedən ölkələrin baş nazir və xarici işlər nazirləri tərəfindən edilən bəyanatlarda, "Venesuelada azad və demokratik seçkilər keçirilənə qədər Quaidonu ölkənin konstitusion müvəqqəti dövlət başçısı kimi tanıyırıq",- İfadəsinə yer verilib.

Avstriyadan İspanca açıqlama

Avstriyanın baş naziri Sebastyan Kurz sosial media hesabı üzərindən etdiyi ispanca açıqlamada, Venesuelanın dövlət başçısı Nikola Maduronun ölkədə ədalətli və azad seçkilərə gedilməsini qəbul etmədiyini qeyd edib.
Kurz, "Bu andan etibarən prezident Xuan Quaidonu Venesuela konstitusiyasına müvafiq olaraq ölkənin müvəqqəti dövlət başçısı kimi tanıyırıq" deyib.

İsveçdən Quaido və Milli Məclis vurğusu

İsveçin xarici işlər naziri Margot Wallström etdiyi açıqlamada, "Maduro prezident seçildiyi zaman seçki nəticəsini heç vaxt qəbul etməmişik. Xuan Quaido və Milli Məclisi Venesuela xalqının yeganə qanuni nümayəndəsi kimi görür və dəstəkləyirik" deyib.

Avropa Birliyi Venesuela məsələsində ortaq fikirdə deyil

Hollandiyanın xarici işlər naziri Stef Blok etdiyi yazılı açıqlamada, “Venesuelaya verilən 8 günlük müddətidolduğu üçün Hollandiya Quaidonu ölkənin müvəqqəti dövlət başçısı kimi tanıyır” deyə bildirib.
Blok Aİ üzvlərinin böyük bir qisminin bu gün Quaidonu müvəqqəti prezident kimi tanıyacağını, lakin AB-nin bu məsələdə hələlik ortaq bir fikirdə olmadığını və buna görə məyus olduğunu bildirib.
Guaidonun müvəqqəti prezident kimi tanınmasından Venesuela ilə diplomatik əlaqələrin qopması kimi hüquqi zərurət ortaya çıxmadığını qeyd edən Blok, Maduronun nümayəndələrinin diplomatik və konsulluq əlaqələrini davam etdirəcəklərini ifadə edib.

Blok ölkəsinin Quaidionu tanıyaraq Venesuelalıların ədalətli və demokratik bir seçim imkanını təmin etmək istədiklərini bildirib.

Çexiya xarici işlər naziri Tomas Petriçek də Twitter hesabından yazdığı açıqlamada, Quaidonu Venesuelada azad və demokratik seçkilərə aparacaq müvəqqəti dövlət başçısı kimi tanıdıqlarını qeyd edib.
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs demokratik yollarla milli məclis rəhbərliyinə seçilən Quaidonu Venesuelanın müvəqqəti dövlət başçısı kimi tanıdıqlarını bildirərək, "Azad, ədalətli və demokratik prezident seçkisinə dəvət edirik" açıqlamasında verib.

Qeyd edək ki, İngiltərə, İspaniya, Fransa və Almaniya Quaidonu müvəqqəti dövlət başçısı kimi tanıdıqlarını bildirmişdi. Beləliklə, AB üzvü olan 10 ölkə Venesuelanı seçkilərə aparacaq müvəqqəti dövlət başçısı olaraq Quaidonu tanımış oldu. (müxalifət.az)

pia.az


Etiket: Quaido

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Ən çox oxunanalar