Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Asiya Təhlükəsizlik Sammiti ABŞ-Çin birbaşa danışıqları olmadan başa çatıb...

“Şanqri-La Dialoq” Təhlükəsizlik Konfransı bazar günü Sinqapurda ABŞ və Çin müdafiə rəhbərləri arasında birbaşa danışıqlar olmadan başa çatıb...

Poliqon xəbər verir ki, bu barədə Yaponiyanın NHK nəşrinin məlumatında bildirilir. Üç gün davam edən tədbirdə iştirak edən müdafiə rəsmiləri arasında ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Çinin müdafiə naziri Li Şanqfu da olub.

ABŞ və Çin arasında gərginlik fevral ayında ABŞ qüvvələrinin Birləşmiş Ştatların materik üzərində uçan Çin şarını vurmasından sonra davam edir.

Ostin və Li konfransın ilk günündə şam yeməyində yalnız qısa əl sıxışma mübadiləsi apardılar. Çin tərəfi nazirlərin ayrıca danışıqlar aparmadığını bildirib.

Qeyd edilir ki, həm ABŞ, həm də Çin Cənubi Çin dənizində və Tayvan ətrafındakı vəziyyətlə bağlı fikirlərini bildirmək üçün digər ölkələrin, əsasən də Asiya ölkələrinin, o cümlədən Yaponiyanın nümayəndələri ilə ikitərəfli danışıqlar aparıb.

Konfransda Ukraynanın müdafiə naziri Oleksiy Reznikov da iştirak edib. Nazir Ukraynanın mövqeyini izah etmək və Rusiyanın ölkəyə təcavüzü qarşısında dəstək axtarmaq üçün Yaponiya, ABŞ, Sinqapur və digər Asiya ölkələrindən gələn nümayəndələrlə görüşlər keçirib, Çin nümayəndə heyəti ilə isə ayaqüstü salamlaşıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Ən çox oxunanalar