Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞ PA-nın və Borrelin Azərbaycana qarşı demarşları...

Avropa platformasında Azərbaycana qarşı sərgilənən bu ədalətsiz mövqe rəsmi Bakı ilə Brüssel arasındakı münasibətləri hansı istiqamətə sürükləyə bilər?...

Politoloq: “AŞ PA və Azərbaycan arasında ciddi şəkildə danışıqlar aparılmalıdır”.

“Kimsə Azərbaycana, öz ərazi bütövlüyünü niyə bərpa etdin, deyə bilməz. Deyən olarsa da, layiqli cavabını alacaq”.

Bu sözləri politoloq Azər Qasımov Avropa platformasında Azərbaycana qarşı sərgilənən ədalətsiz mövqeyi Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell faktiki olaraq Azərbaycanı ultimativ qaydada hədələyib. Eyni zamanda AŞ PA-da Azərbaycan nümayəndə heyətinin mandatı təsdilənməyib və belə çıxır ki, AŞ PA Azərbaycan nümayəndə heyətinə qarşı məhudlaşdırma qərarı ala bilər.

Avropa platformasında Azərbaycana qarşı sərgilənən bu ədalətsiz mövqe rəsmi Bakı ilə Brüssel arasındakı münasibətləri hansı istiqamətə sürükləyə bilər və Azərbaycanın AŞ PA-da təmsilçiliyi bizim ölkəmiz üçün nə qədər vacibdir?

AŞ PA-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycan üçün AŞ PA-da Azərbaycanın iştirakı nə qədər vacibdirsə, bu, eyni ilə AŞ PA üçün də o qədər vacibdir”.

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların işləmədiyini özlərinin etiraf etdiyini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, indi bu qurum Azərbaycanı sanksiya ilə hədələyir:

“AŞ PA-nın Azərbaycana qarşı demarş etməsi onu göstərir ki, Avropa artıq Azərbaycan qarşısında aciz durumda olduğunu hiss edir. AŞ PA Azərbaycan qarşı etmək istədiyi sanksiyalar bu günə kimi hansısa ölkəni onların istədiyini etməyə vadar edibsə, onda Azərbaycanı da edə bilər. Avropa İttifaqı öz daxilində belə sanksiya tətbiq etdiyi Macarıstanın qarşısında geri addım atır, öz birliyini saxlaya bilmir. Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların işləmədiyini özləri etiraf edirlər. İndi bu qurum Azərbaycanı sanksiya ilə hədələyir. AŞ PA Azərbaycanda ciddi qurum hesab edilir.

Azərbaycan dünya dövlətləri arasında öz siyasəti və gücü ilə ərazi bütövlüyü təmin edən, ərazisindəki separatizmə son qoyan nadir ölkə kimi bütün dünya ictimaiyyətinin rəğbətini qazanıb. İndi ona qarşı hücumların başında Avropanın zəif və sözünün əhəmiyyəti olmayan qurumlarının dayanması ancaq paxıllıq və qərəzdən başqa bir şey ola bilməz. Kimsə Azərbaycana öz ərazi bütövlüyünü niyə bərpa etdin deyə bilməz. Deyən olarsa da, layiqli cavabını alacaq.

Azərbaycan üçün AŞ PA-da Azərbaycanın iştirakı nə qədər vacibdirsə, bu, eyni ilə AŞ PA üçün də o qədər vacibdir. Məsələ ondadır ki, Azərbaycan əgər bu qurum tərəfindən hansısas sanksiyalara məruz qalarsa və bunun nəticəsi olmazsa, onda bu qurumun imicinə böyük zərbə olacaq. Bu baxımdan da, hesab edirəm ki, AŞ PA və Azərbaycan arasında ciddi şəkildə danışıqlar aparılmalı və anlaşılmazlıqların aradan qaldırılması üçün addımlar atılmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Bakı-Qazax yolunda qəza olub, bir nəfər ölüb, 3 uşaq xəsarət alıb - Foto, Yenilənib

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

Əmək pensiyalarının ödənilməsi xərcləri artırılıb

İlham Əliyev: Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir...

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Ən çox oxunanalar