Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Arutunyan tərəfindən yaxın 48 saat ərzində Vardanyanın istefa xəbəri yayıla bilər” - Politoloq

Moskvanın Vardanyan planından asanlıqla vaz keçəcəyinə ehtimal vermək olar?..

Zaur Məmmədov: “Vardanyanın istefa verməsi qarşısı alınmaz bir prosesdir”.

“Hal-hazırda AzərbaycanErmənistanın sülh prosesi, eyni zamanda Qarabağla bağlı müxtəlif baxış bucaqları var”.

Bu sözləri politoloq Zaur Məmmədov Ruben Vardanyanın istefa verəcəyi iddiasını Poliqon.info-a şərh edərkən qeyd edib.

Bir çox erməni mənbələr Ruben Vardanyanın yaxın günlərdə istefa verəcəyini bildirirlər. Ermənistana Avropa missiyası gəldiyi və Rusiyanın Cənubi Qafqazda mövqelərinin sarsıdılması prosesinin başladıldığı indiki şəraitdə Moskvanın Vardanyan planından asanlıqla vaz keçəcəyinə ehtimal vermək olar?

Ruben Vardanyan ətrafında baş verənləri Poliqon.info-un əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Paşinyanın atdığı son addımlar, onun geosiyasi qüvvələr arasındakı manevr imkanlarını düzgün şəkildə istifadə etməməsi Azərbaycan qarşısında yeni perspektivlər açır”.

Ruben Vardanyanın bölgəyə gətirənlər onun gəlişi ilə Azərbaycanın əlini-qolunu bağlamağı düşündüklərini vurğulayan politoloq Poliqon-a açıqlamasında bildirib ki, rəsmi Bakı məhz Laçın yolunda yeni bir vəziyyət yaratmaqla öz müdrik siyasətini bir daha göstərmiş oldu:

“Vardanyanın istefa verməsi qarşısı alınmaz bir prosesdir. Düşünürəm ki, Araik Arutunyan tərəfindən yaxın 48 saat ərzində Ruben Vardanyanın istefa xəbəri yayıla bilər. Çünki real olaraq Vardanyan danışıqlar prosesinə xələl gətirdi. Altı ayın vaxt itkisi Vardanyanın və onun arxasında duran qüvvələrin üzərinə yazılmalıdır.

Məsələ burasındadır ki, onu bölgəyə gətirənlər Vardanyanın gəlişi ilə Azərbaycanın əlini-qolunu bağlamağı düşünürdülər. Lakin Azərbaycan məhz Laçın yolunda yeni bir vəziyyət yaratmaqla rəsmi Bakı öz müdrik siyasətini bir daha göstərmiş oldu. Azərbaycan həmin qüvvələrə qarşı “şah və mat” gedişindən istifadə etdi.

Zaur Məmmədov: “Ermənistan-Rusiya münasibətlərinin korlanmasından istifadə etmək lazımdır”.

Hal-hazırda AzərbaycanErmənistanın sülh prosesi, eyni zamanda Qarabağla bağlı müxtəlif baxış bucaqları var. Bu baxış budaqlarında həm üst-üstə düşən, həm də üst-üstə düşməyən məqamlar var. Hər bir halda Ermənistan-Rusiya münasibətlərinin korlanmasından istifadə etmək lazımdır.

Paşinyanın atdığı son addımlar, onun geosiyasi qüvvələr arasındakı manevr imkanlarını düzgün şəkildə istifadə etməməsi Azərbaycan qarşısında yeni perspektivlər açır. Çünki Azərbaycan həm Rusiya, həm Avropa İttifaqı, həm də ABŞ-la məhz soyuqqanlı və qarşılıqlı maraqlara hesablanan siyasət yürüdür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Ən çox oxunanalar