Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arıqlamaq üçün bu yağlardan istifadə edin

Pəhriz və idmana baxmayaraq kilo vermə prosesinin yavaş irəlilədiyini düşünürsünüzsə, təbii yağlarla maddələr mübadiləsini sürətləndirə bilərsiniz.

PİA.az Axşam.az-a istinadən xəbər verir ki, efir yağları əsrlər boyu bədəni rahatlatmaq, sağaltmaq, həzm və motivasiyanı artırmaq kimi bir çox problemin həllində istifadə olunur.

Araşdırmalar göstərir ki, kilo vermənin qarşısını alan səbəblər arasında stressin böyük yeri var. İnsanlar stress zamanı emosional olaraq yeməyə meyllidir. Yağların aroması beyindəki mərkəzləri aktivləşdirməyə, stressi azaltmağa, qan təzyiqini və nəbzi normallaşdırmağa, diqqəti cəmləməyə və motivasiyanı yaxşılaşdırmağa kömək edir.

Arıqlamağa yardımçı olan təbii yağlar isə aşağıdakılardır.

1. Qreypfrut yağı:

1-2 damla qreyfurt yağını 5-6 damla daşıyıcı yağ (kokos və ya badam yağı) ilə qarışdırın. Bədəninizdə selülit toplanan yeri bu qarışımla ən az 30 dəqiqə masaj edib, su ilə yuyun.

2. Zəncəfil yağı:

1-2 damla zəncəfil yağını 5-6 damla daşıyıcı yağ (kokos və ya badam yağı) ilə qarışdırın. 30 dəqiqə bədəndə yağ toplanan bölgəni masaj edin. Bunu hər gün edə bilərsiniz.

Qara və ya yaşıl çaya 1 damla, meyvə şirələrinə 1-2 damla zəncəfil yağı əlavə edib, səhər yeməyindən əvvəl istehlak edin. Bu maddələr mübadiləsini sürətləndirəcəkdir.

3. Nanə yağı:

1-2 damcı nanə yağını digər efirlərlə qarışdırıb problemli bölgəni 30 dəqiqə masaj edin. Bədəninizi canlandırmaq üçün vannadakı suya 10 damla nanə yağı əlavə edin. Bu gün ərzində sizi daha aktiv saxlayacaq.

4. Limon yağı:

Eyni qayda ilə 30 dəqiqə bədəninizi masaj edin. Bundan başqa pambığa bir neçə damla töküb özünüzə yaxın bir yerə qoyun. Bu gün ərzində yemək istəyini azaldacaq. Duş zamanı 10 damla limon yağından istifadə etmək əzələləri rahatladacaq, əhvalınızı yüksəldəcəkdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

Ən çox oxunanalar