Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aralıq dənizində antitürk ittifaqı: Dünya Türkiyəyə qarşı hərəkətə keçdi - Rəsmi

Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Aleksis Çipras və Kiprin yunan kəsiminin lideri Nikos Anastasiadis arasında toplantı keçirilib

PİA.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, toplantıya ABŞ-ın dövlət katibi Mayk Pompeo da qatılıb.

Toplantıdan sonra birgə bəyanat yayılıb. Bir bəyanatda vurğulanıb ki, liderlər enerji müstəqilliyini və təhlükəsizliyini qorumaq və Şərqi Aralıq dənizində xarici mənfi amillərdən qorunmaq üçün əməkdaşlığı inkişaf etdirməyə qərar verib.

ABŞ-ın bu toplantıya dəstək verməsi fərqli bir anlam daşıyır. Çünki Kiprin yunan kəsimi Aralıq dənizində ABŞ-ın dəstəyinə ehtiyac duyur.

Qeyd edək ki, Aralıq dənizində neft-qaz axtarışları Yunanıstan, yunan Kipri və İsrail liderlərini bir-birilərinə yaxınlaşdırıb. Toplantı öncəsi bu məsələ yunan mediasında geniş işıqlandırılıb. Yunan mediasında deyilmişdi ki, bəyanatda üçlü tandemin üçüncü ölkələrə qarşı bir-birilərinin müdafiəsini də dəstəkləyəcəyi şəklində bir ifadənin yer alması gözlənilir. Yunan mediası bunun Ankaraya dolayı yolla bir mesaj olacağını bildirmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ən çox oxunanalar