Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA marketdə unlu qənnadı məmulatlarının istehsalını dayandırıb 

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub...

Bakıda marketdə unlu qənnadı məmulatlarının istehsalı məhdudlaşdırılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Pirallahı rayonu, M.Əzizbəyov küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən “Laçın” marketdə plandankənar yoxlama keçirilib. Baxış zamanı marketin unlu qənnadı məmulatlarının emalı ilə bağlı qeydiyyatdan keçmədiyi və çıxarışla təmin olunmadığı, emal prosesində texnoloji ardıcıllığın pozulduğu, temperatur rejiminə əməl olunmadığı məlum olub.

Belə ki, emal sahəsində xammalların divar və döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, istifadə olunan yağların saxlanma temperaturuna əməl edilmədiyi, soyuducuda yarımfabrikat, ət, toyuq və tərəvəz məhsullarının mal qonşuluğu prinsipinin pozulduğu, yarımfabrikatların və hazırlanan məhsulların üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq markalanmanın aparılmadığı, markalanması aparılmamış 315 ədəd yumurta aşkar edilib. Qida obyektində işçi heyət üçün soyunub-geyinmə sahəsinin, xammalların saxlanılması, alət, avadanlıq və xammalların yuyulması üçün ayrıca sahələrin, yuma çanaqlarının təşkil edilmədiyi, emal sahəsində tavanın tamlığının pozulduğu, divarların qaraldığı, soyuducu kameranın divar səthlərində, döşəmədə, tavan hissəsində korroziya əlamətləri, bəzi xammalların saxlanıldığı rəflərin səthlərinin üzlənməsində hamar, yuyula bilən, korroziyayadavamlı və qeyri-toksik materiallardan istifadə edilmədiyi, qida tullantıları üçün ağzı kip qabların ayrılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı müəyyən olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub. Həmçinin ticarət obyektinin unlu qənnadı məmulatlarının emalı sahəsində istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Ən çox oxunanalar