Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aqrar sektorun sovet və müstəqillik dönəmi - Müqayisə


Ekspert: “Azərbaycan özünün ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının yarısını ödəyə bilir”


“Çox təəssüflər olsun ki, indi az sahədən daha çox məhsul əldə etmək və məhsuldarlığı artırmaq imkanı olsa da, buna şərait yaradılmır”.

Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanın mövcud kənd təsərrüfatı iqtisadiyyatını Sovet dövründəki vəziyyətlə müqayisə edərkən PİA.AZ-a açıqlamasınd qeyd edib.

Məlumdur ki, Azərbaycan hər zaman  neft sənayesi və kənd təsərrüfatı ölkəsi olaraq tanınıb. Sovet dönəmində neft sənayesi ilə paralel olaraq kənd təsərrüfatının da inkişaf etdirilirməsi fonunda Azərbaycan iqtisadiyyatı müəyyən sahələrdə yüksək məhsuldarlığa sahib idi. Lakin müstəqillik qazanıldıqdan sonra ölkədə kənd təsərrüfatı sahəsində geriləmə sezilməyə başladı. 2015-ci ilin “kənd təsərrüfatı ili” elan olunmasına baxmayaraq, bu sahənin inkişafı üçün atılan addımlar elə də uğura nail ola bilmədi. Hətta kənd təsərrüfatının inkişafına dövlət səviyyəsində nəzarət edilsə də, bu sahəyə maraq aşağı səviyyədədir. Azərbaycanda kənd təsərrüfatının ən inkişaf etmiş vaxtının 70-80-ci illərə düşdüyünü dəfələrlə vurğulayan ekspertlərə görə, qeyri-neft sektorunda özünəməxsus yer tutan kənd təsərrüfatının inkişafı vacib amillərdən biridir.

Lakin heç kimə sirr deyil ki, son illər ölkədə kənd təsərrüfatı sahəsində məhsuldarlıq heç də istənilən səviyyədə deyil. Bəzi ekspertlərə görə, Azərbaycan kənd təsərrüfatı özünün potensialının üçdə bir hissəsini belə dəyərləndirə bilmir. Bu məqsədlə də Azərbaycanda 2026-cı ilə kimi sitrus bitkiləri, çəltik istehsalını 2,5 dəfə artırmaq kimi dövlət proqramı təsdiq edilib. Eyni zamanda Azərbaycan aqrar sektoru məhsullarının 77%-i Rusiyaya göndərilir və kənd təsərrüfatı məhsullarının ixracında Rusiyadan asılılıq göz qabağındadır. Rusiya ilə hər hansı bir siyasi anlaşılmamazlıq baş verərsə, Rusiya Azərbaycan aqrar sektoru məhsullarının öz bazarlarına daxil olmasına qadağa qoyula bilər. Son illər məhz siyasi problemlər ucbatından Rusiya belə qadağaları Türkiyəyə və Avropa Birliyi ölkələrinə tətbiq edib. Bu mənada yeni bazarlar tapmaq və bu bazarlara keyfiyyətli mallar çıxarmaqla rəqabətə uyğunlaşmaq barədə düşünmək lazımdır.

Təbii ki, bütün bu işləri paralel aparmaqla yanaşı, kənd təsərrüfatının yeni texnoloji yeniliklər əsasında qurulması da vacib şərtlərdən biridir. Bu baxımdan yeni kəd təsərrüfatı naziri İman Kərimovun üzərinə  sözün həqiqi mənasında kompleks şəraitdə böyük iş və məsuliyyət düşür. Hər şeydən əvvəl insan amili olmadan bu kompleks tədbirləri həyata kemirmək mümkün deyil, fermerlərin yaxşı işləmələri üçün isə məqbul şərait yaradılmalıdır. Hər şeydən əvvəl maneələrdən biri də aqrar sektorun kifayət qədər şəffaf olmamasıdır və korrupsiya bu sahənin inkişafını əngəlləyən əsas faktordur. Son illər isə bir çox bank təşkilatları kəndlərin kreditləşdirilməsini azaldıblar. Bu hal fermerlərin maliyyə vəziyyətini pisləşdirir, maliyyə vəziyyətinin pisləşməsi isə işin səmərəliliyini aşağı salır. Kənd təsərrüfatında inkişafı təmin etmək və ölü nöqtədən qopmaq üçünsə bankların kəndliləri kreditləşdirməsini maksimum artırmaqla yanaşı, şəffaflığı da maksimum təmin etmək zəruridir.

Bu baxımdan Azərbaycanın kənd təsərrüfatının indiki vəziyyəti ilə Sovet dönəmini müqayisə etmək və geriləminin səbəblərini araşdırmaq üçün PİA.AZ-ın əməkdaşı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikirlərini öyrənib.

BMTGRtAaSPAMEJgRRRQEaqmFAAhCMgJYxijQAUcGIGNGMkBikcNTEA8UUUAFaEIIj3gIkEwulb2VPx/IzdExOlulK/IgyMv6M1w6yI56rQVvZXU/kmdFiMP1dKnTUE2G4cZyVbEm65TYjVe8TTpY7E1mAeoEFreqNffPOWNyPbcqo0cJhErqUI1B7mBEmpbOCD1iLD9kA+MhwdIU1N2Je/tE3vLRr5h2yqpbDvZR2lVsLLOdxx0zcj8DNjar6WB1MwMU9yEXmP/MzrZSdI6umWNMEtfNpYaAAgADtJ0ueGs30WygcgJw6418wYm9ju4eU7LBV86BrcJ3YF2eV5U+VegmgyRlgToOMYxo8aA0M0GHBgUMRAIhwTAATGMcxjExkbwIbCDEgI4oooxmpCBgxRmI7NyjwRHBgMeKKOYwGjqYhCgA8UcCOBEIYCPlhaDfKtXadJft37F9YxOSXY6b6LiiY/Sq3VayvtDb7hSaSW5FtT5bpzwD1CXqOXPDMd3yEzlO1o1hBp2zHx9JnpZqVRkcbiLXDbuIlzZWLxRRQ1Vi40ZglFsw4XuOUy8RtNKeOXCPbLWph1P7YZgV8Qo8u2dFg9iUWO8i+7Wcq+LpnqwalGyOlTxTVbgoqb7spzHssDbWa+cquuh4y0mBSn7Lk87m8wtp7TUtZTex1t2SJs0RDtjHBBc6aXvPOulu3ayKtWkxT/ABRlPOwY+I0nS4snEVLt7I3LznJeklAqU1At63/UxY9yJyP4M9D6L45MbQSshAJ9tfusPaH0nfbOqKEChhe27dPAfRJtTJXbDk6OMyjhmXQ+74T2alTuJ0JuD0eZkVnRyNxMIvUT2XIHDW8mTH1P2TLXkL7Rl+NmrGtKNPaI+0hHdYyxRxlNtAwvyOh8prHJGXTJ4tEsFoUYyxgwTDgmAAmC0cwSYmOgHgwngSUAssUbNFKGaAj3jRWjMQhFBBjwGGIoymFGA6wcRiEQXdgB27/AcZJOT2rXLYhhwFlHhv8AfInJpaHFWzbO2Af1aE9pNh9ZXq46qftBR+yPmZVwq2OXhvHz/PbLRWc7lJmyjFEJF9SSfxEmCqC+6WFp79YISxkNDv0VsfTGQmVcMtgBLeMF1PfaRKBuHCdEFoizyL0voUxFBwbHq2sRoQVe4Pvlroht3EVUAFcsw0YNa/eDb4y76Y9kMyUsWuoQmm/YrG6t2a6fxCeY7Px1ShUFWk2VgfA9hHESMkOR1YcnE9gqbSqX6p+uueBKhT/Eu8SVKb23BR2Sl0b6Z4TGKtHFWoVtwJNkJ/Zf7J7DO1wuxHX2iCvBuycrxuzrjOzFw2CyrmnnPpOxIL06d7tqx7BuHznqfSzFLhaLVahyqo38SeCrzJngG08a1eq9Z97HdyHADuE0ww3ZGaeqNb0ej/3HDDm7D/8ADT6JRbC4nz/6Mad9o0j90VGHeEP1nvVWswWyi7NoOQ7TNZptnFNk7gMOMroJbo0ioA36b+2QsuvfM3EhMjXtlfFKLjmSR7iflLbW3yriPaT8X/VouI0zY2ZiOspKx32se9SVPwlkzK6N1BkqU+KuT4Nr8QZqGdkOjNqmCYJMKCwlCBMAyQiRskhlEbGNeEwgMIIAYoo0oDRhQIV4zEcQo0eAx1EICNHzW3m0ACJnDliWLcbknvM7NcQGv1YLkDcL6nlfdOYGHNzmWzEm4HAk7rTGcvRrCLXaLKn1VbkRfsB0P57JeWxMo0KfqMhH2SJdoAFQw4qD5iS4jZJTG8wKg37oqYhVh6piaJKDqSNO8X3XEio6ki1jpcb/ABHMRCrqQDusbe6WsOgtfid82j0DKu09nJWovRqC6upUjv8AnPnXb2ymwtd8O5uVOh+8p3GfTlr6WninpqwOXFUqg/1KZB76bfR4SWisT3R52xE67oPt/aquMNga7G4YinUKtTVVGp9fRAOy05EU5b2VtGrh6grUKjU6i3sy79RYjXeOyTVnRbXRpdL9t43EViuOqEvSYoUsFVGUkH1V0v2zM2PhTXr06N7Z3C3HC/GRYqu1RmqOxZ2JZmJuWYm5JPMmanQxL47DD/dWLoGz1Top0BTB1xXFVnbKy2Nretx0E9Ap09w/POMlGxBMkA5eH/mDOZysZmyjxt7/AO8astoNUk5QQL3vpu0uZMy30kSQimG3gyriGu9MdrHuspk2OcLa5mc+JHWZr7qbn+kRJGiItjY8UsQLnSpdTyGtwfP4zsjPM9n3qNnB9m5v230npNNsyhuYB8xeawsWRDERR401MwSIDSSCwkspFdjBaSMIBESAjvFHyxSgouXhAwY6xmZIIQggQxATKG2toGkoCe22g7BxaVcNjLkKitUqEa8BftJ3SlWxKvWqAi5R7a66DQWlfEbatW6rCLnqEWIUeqt+B7Zw5JuUv4er4+JRj/S/Vx+Lw7lSqJfXRs3cdwhYPFKjNXqVLs12JJsL2toOEp7QwFd7vWq2cAcAQN+60zNm7KL6tdr7ydF8BuiSaZrklCCtm9sraQxOaoDcFiPAS3gD/hgciV8iRKGG2eMMVKeyTZu0njNDZK36xeVQnzsfnOuC0jysk7bZMiEm3nGxdIgay3lC6W1Ot+wSLFHMkbhohS2c0Liop4G6nx3e+01aItw+so1aV7j3y9RqeqD59+4/CKHRUiwDPL/Tphx1WHqW1FRl/mW//Wenqbi84X0yUQ2zy33KlNvM5f8AtKYQfyR4aIlXgNfrGvHknSa3STozicCyLiVUdYpZcrhxobMpI3Mp0I4SfoAt9o4Uf7o9ykzN2jtOviCrYis9UqoRS7FsqjcBfhNb0ci+0sKP2yfJGiYvo+jKnZCRTygOsJKhGkRzkbG9TuHvY8PL3ycGV6R3tzPuGkCtVteCVjOY23iCcSwubKmg4XJlF6j1M6p7VRhSXsVdXfuBNvCLbOIC1ajH7oA79Zo7CwuUZ6m9RY8hxyg8ddSfpBRL6LS4RKCJQUW5nibDUzqsDY0kI19Rf6RONxeNDdZVGpsVW24Hvh7L6T9RhGLUy5ogLobXuM3uBi5KPYcXI7GswAuSABvJNgO8zjdv+kChROSgvXPzHsX7OLfDtnD7d6R4nF3NV+rp7wo0Fu75mV+jVHCVXy1cZSoC+uc/4jEcQWGUDTeT4SHlctRNI40tsn2p0wxtW5av1S8lIUeenxMwjt573ONN/wB5/ee2bM2HgKK5qSUW/wBwlajH+I390t1mwrDKwpEciqkfCJQf2w/Il0jyHZnS3FJbJis45Mc49951OzvSENFxFK37dM3HflP1lzpB0G2ZWU1RlwzC562kwpgcfWU+qZ5Nj660arUqWIXEoP8AUClPAX0bvGmsXyj9jXGf0ey/+tcF/wDaf5H+kU8X/wD6Cdnuii/JIr8KPpPLHEdTcXGo5jUecITtOAQMNTBiaoFBZjYDeTADg+kGBviKq9b1fWML23m4ubSamaeGVDhl9YAjKNWbmTzmZtHHrisUzs2RfZpEb70yQT2k6zcw2EWknWakk+s5ILW5AblE86f7Oj2cWoqyCttGoVYuQWe1gD7Itaxm5g6JoKpILILX4sum8cx2TPapQq16S0ltlBJa3tHfrz3TTr4jKthu48wOzsnThX2zk8yT5JFytlZdCCCNCCNfGRbDqrmqNe+o/pGs5XF7QNAk0xemfaAOoP3l+ksdHccWpNUBvdm3HkbaeU3s4+OjpcTixdjfsEgwVfMCD4THWqTdj3DdpLeDxdNdC9jy1Pwicq7BRD4mFhmsxU/iHz/PbKtXFLfTM2vBH+kGrXJKslKqSD9wjTcRrMlkgvspps1c4nN+kKj1mzsSLbqZb+T1h8JqitVPs4ep45R85X2lhcRWpPS6gAOjLc1BpmFtwGsHnx+xqNHzTCDT0+j6Ga/2sSo7l/vLtP0Mj7WLbwUTL/Tj9m/JHldfC1ECmpTdA65kLKyh1+8pI9Ydom36Ov8A5PDfjb/jaexbc6E/plOhTxWILCgtlyKELHKiZnI3nLTUaWGm6Vtl+jXCYeotam1QVE1Vsx0JBG46bjJflQFyVHa30gu9gTvteZ7YFuNeofED4CRPgQdC9Q99RvrD/VH0ZcTQZsqAdkya+PFzb4iwjts6nxBPexPxg/oNMbkEn/SvRSijktug1Kq5dblQeQAINyfC3cTNvD0lqDJWqgAbkVrA+I1aaX6OvBRKuPwIdCtrciNCDzES8n+FONlfaGDq1ctNV6nDpz9t+5OF+ZlLaWihEFlFz2ntPOalLHZsKCfaVija/aG/z0PjMnH1xk1Ivy7J0P5bHA8pxVdqjEO1wDYDgBe27xlYDnv+pP1mpi9m1KZLtTYIW0a3qkFtNRpKfV6jwB8pCR0FeipVSUJU6G6kg6Hs75bOOxFrdfV7PXbt36/hhBbCxH50MWT8+XziCypd2F2ZmOlsxJ+J55Y/Uce3T8+Ik2XTu/tCpWv5fKNDIupT7o/PjFI+o7/P+8UNAenYPa9WkOspVPVvvRg6Hvtp5r4zrdidMkcha4C33OvsfxD7Pfcjunh+GZkbNTYqddQbXtz5zc2Vtcu1jZah8EqHkR9l+XP3G1JowniTPoBSDqNeVuPdOW6SbUDE0lPqpcseZG/wGsxdh9IHSkUU3U3UAn16TjetuVr6eXIZPSnEdXhKzA6kZAeRc5fgTNXK0Yxx1LZW6O0/0qiCSAWBcagEEsT53Mu0sVUUGnWqHTS24G3HTfOb6GVAtgToOF+U6/a+06S0y1he05OOz0rpAbG2yKuJUeyAjZb+rmAOQ5b77GdDisWQLjfwnL7LwCVU6l7aJnBvqGFibHhvMjfa/UoBVZnGYKHsSShvZu4WsR3TqgqRwZXykT4vHAkqwyseJ9k9vZL2xGyYcAW1J95Mw9ubRppSNS6tceqN9yd2XvmvgFtTpJztfwlENGtR9VVB3n1jIvR1j7V6+FfX12K5rXsTmHuJEncgsBy0mDta+FxtHFLuYgN33uPffzmOeHKAQ9Hq5pwYdKqHUOu5gCPGMwnkNbM2RVBIWMnqSrWa0KGjVpbPUqDc6gHfK208IqAFedpzQxmMFWyYkijroaaO4FtLGw0vzlfZuIxWYnGVjUvom5VG/wCwBbxnp5MMFjtVYfki9UbmaCxjBpdFena2gBtcZeQnmpWMzmkTCTVOzdfTukJ3xooiaRGT1FkJllIjIgMIRkcpIo5LpXSeld6YJDEXUcW3Cw56xtlbGqMh/SW6urVACjeyIOS8D2nSdHtLDdYhHHeDxBG4yLYQBRq7asLhrklmdd5J5bjbtnX40r+ISerMDbtSjhaK4dVzB7qxbViAL3JnnTCxPf8AMzsOnVBjRDAarck9jMAfcZyLaeBt7/pNeNGsOgQ19DwvbuH5Ecb+/wCpgkm3aNPO8cnQX/OrfWJopBU+Pjfyv8o2S3H86/SRBjl8vnHzbxv1098mihrj8mKBk7IoUxWXE0IPd8pDWUAW7f7H4SZN/gP6ZFjd58f6jLEdnsGoamH65l9dWys1/bCfaPbZteeW8tdJaBq4J0S5fWoANbrS9d93YJD0V/ydT95U+U2Ojnt0f3db/hE0irRjJ0zhNkPlAa1/Ga7N1rAEHKNT3DW3ibCc/s32F/Cs6TA/q6nfT+LTnS2dcpVEu4KuRUTW1yQfFW+slxgTKquRdhpfQns9w8pBgP1q95/paZnSX/OYf8I+M6L0cP2cjs3GM9ZKZ1UMQvGxJ3+QM9owNOyqf2Z4nsP/ADCfvfrPbafsDwjxhkVUPQe5J7ZV6T4fraDAb11HPTj8DJ8Bx7zJcV+rqfgb4RvZmtM2vR1tXr8KFPtJvHx986dp5z6I/wDW72/qE9GM8bKqkPIvkQVG4TOxzqFOd8gtctlLAAc7eAl+rMXbXsVPwL/ypNPFipZUmZydIg2CzV6ts5G+/C48N2kLpLgKmGpGoKpawYWa4sCCdL8NJL0O/XfzTQ9Iv+Sqfhb+kz1JyrVDjjTVlDC1DlXMbnKNRxuAQfIycGUcHuX93T/pEuieV5EVHI0ioO0F3yE75MZA8yRQNQyGS1JCZaKiA8iMlMiMpFArMTF1HoVCVcolTeRawcDTeCNd02Zj9Lv1f8Q+U0hLjK0Ulejmdu7QqKhaparS1VyoyumbT1l4jXQgkd04p2Frg3vfXmNLH3zs9v8A+Xrfu0/qpTg6P6tf4viJ2P2VD0WWf3/2+sFnPw+X1jL9n8/djcT3fSI0CptqB3CCu/fuA+Qg/aXvESbz3D4iJgF1pjRopNgf/9k=" alt="Image result for vahid məhərrəmov">

Vahid Məhərrəmov: “Çatışmayan cəhət bu sahə ilə bağlı keyfiyyətli mütəxəssislərin və idarəetmədə peşəkarların olmamasıdır”.


Sovet dönəmi ilə müqayisədə indiki şəraitdə ölkə iqtisadiyyatının zəif olduğunu vurğulayan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmova görə, bu sahədə əsas problemlərdən biri də resurslardan düzgün istifadə edilməməsidir:

“Sovet dövründə bir sıra sahələrdə istehsal göstəriciləri şişirdilsə də, indiki vaxtdan üstün idi. Misal üçün, pambıq istehsalı indiki göstəricidən xeyli yüksək idi. Hər hektardan təxminən 20 sentiner məhsul əldə edilirdi.  Eyni zamanda üzüm sahələrində həm ümumi məhsul istehsalı, həm də məhsuldarlıq yüksək idi. Məhsuldarlığın yüksək olması o deməkdir ki, hər hektardan daha çox məhsul əldə etməklə məhsulun maya dəyərini aşağı salmaq və həmin sahəni gəlirli etmək olar. Digər tərəfdən, Sovet dövründə heyvanların baş sayı indiki göstəricidən xeyli aşağı olsa da, süd istehsalı göstəricisi yüksək idi. Hər inəkdən əldə edilən süd ortalama 2 ton 200 litrə gəlib çatırdı, ancaq indi 1 ton 300 litr civarında olur. 

Ümumən Sovet əhalisinin sayı  az olsa da, ümumi istehsal olunan məhsulun həcmi dəfələrlə yüksək olurdu. Çox təəssüflər olsun ki, indi az sahədən daha çox məhsul əldə etmək və məhsuldarlığı artırmaq imkanı olsa da, buna şərait yaradılmır. 

Sovet dövründə alış qiymətləri dövlət tərəfindən tənzimlənirdi, amma indi bazar tənzimləyir. Yəni, indi fermer, kəndli bazarın tələbinə uyğun məhsul istehsal edərək gəlirini artıra bilər. O vaxtı bu sahə ilə bağlı stimullaşdırıcı hallar yox idi. 


Vahid Məhərrəmov: “Bu gün biz resurs imkanlarımız sayəsində indikindən üç dəfə artıq kənd təsərrüfatı məhsulları istehsal edə bilərik”.


Hal-hazırda bazar iqtisadiyyatı mövcuddur və  buna uyğun olaraq daha çox məhsul və gəlir əldə etmək mümkündür. Sadəcə Sovet dövrüylə fərq ondadır ki, indi mıhsuldarlıq və bu sahəyə meylli olanların sayı azalıb. Fermerlər, kəndlilər bəzi hallarda əkinçiliklə belə ciddi məşğul olmurlar. 

Məsələn, Azərbaycanda böyük əksəriyyət bir qayda olaraq taxılçılıqla məşğul olurlar. Lakin bu elə də gəlirli sahə deyil. Texnikadan daha çox istifadə olunur. Belə hal ölkə iqtisadiyyatının perspektivi üçün yaxşı nəticələr vermir. Elə sahələrlə məşğul olmaq lazımdır ki, o sahələr gəlirli olsun və o istiqamət üzrə rəqabət qabiliyyətlı məhsul istehsal olunur. Ölkə öz brendi ilə tanınsın. 

Sovet hökumətinin vaxtında Azərbaycan haqqında daha yüksək fikirdə idilər. O vaxt Sovet respublikalarında Azərbaycanın meyvə-tərəvəzi daha çox tanınırdı. Lakin indi meyvə-tərəvəz az həcmdə MDB ölkələrinə göndərilir. 

Əslində Azərbaycan özünün ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının yarısını ödəyə bilir. Həqiqətən də Azərbaycanın imkanlarının üçdə birindən istifadə olunur. Bu gün biz resurs imkanlarımız sayəsində  indikindən üç dəfə artıq kənd təsərrüfatı məhsulları istehsal edə bilərik. Bizim torpaq şəraitimiz münbitdir, su resursumuz tələbatımızdan 10 dəfə çoxdur. Tələbat 3.5 milyard kubmetrdir, lakin resurs imkanımız 30 milyard kubmetrdən də çoxdur. Deməli, bizim imkanlarımız var. Çatışmayan cəhət bu sahə ilə bağlı keyfiyyətli mütəxəssislərin və idarəetmədə peşəkarların olmamasıdır. Digər tərəfdən, elmi potensialın zəif olması da problemlərdən biridir. 

Təəssüflər olsun ki, Azərbaycan heyvandarlıqda və bitkiçilikdə seleksiya işi ilə ciddi məşğul ola bilmir. Hakimiyyət çalışmalıdır ki, bu istiqamətdə daha çox işlər görsün. Bu çatışmazlıq məhsuldarlığın aşağı düşməsinə də səbəb olur”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Polis saxta generalı dələduzluğa görə saxladı

Ən çox oxunanalar