Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aqil Nəzərlini bitirəcək faktlar - Yeyinti ittihamı

Laçın rayon Vağazin kənd sakini Mürsəlzadə Əliağa Albəndə oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb

Bir nüsxəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir: "Aqil Nəzərlinin korrupsiya faktlarından çox cüzi bir hissəsini diqqətinizə çatdırırıq.

Rəsmi şəkildə əmək müqaviləsi ilə işləyən hər kəs bilir ki, işçinin əmək haqqından məcburi və könüllü tutulmalar eydiir. Məcburi tutulmalar Vergi, DSMF, İşsizlikdən Sığorta Fonduna edilən ödəniş və büdcə təşkilatlarında məntiqsiz olsa da, mövcudluğu yalnız pul yığmaqda görsənən "Həmkarlar İttifaqı"na tutulmalardır. Ancaq, Laçın rayon icra başçısı Aqil Nəzərlinin göstərişi əsasında könüllü tutulmalar sırasında olan "Xeyriyyə Fondu"na tutulma məcburidir.

Laçın rayon idarə və müəssisələrində işləyən bütün fəhlələrin hər ay əmək haqqından məcburi olaraq 1% Laçın rayon "Xeyriyyə Fondu"nun bank hesabına ödənilir. Və faktiki olaraq 10 minlərlə manat vəsait heç bir zaman da təyinatı üzrə istifadə edilməyib və mütəmadi olaraq Aqil Nəzərlinin yaxın adamlarının adlarına 500, 1000 manat yazılaraq həmin hesabdan pullar çıxarılır. 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar aylarında Aqil Nəzərli yenədə öz adamlarının adlarına 500, 1000 manat civarında çox sayda adamın adına yazaraq "Xeyriyyə Fondu"nun vəsaitlərini çıxarmışdır. Və həmin adamlar pulları Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərliyə təhvil verərək qarşılığında 15-20 manat zəhmət haqqı almışdırlar.

Digər bir korrupsiya faktı isə Laçın rayon Mişni, Qarıqışlaq və Vağazin kəndinin Qarağac obasında birinin smeta dəyəri 8000 manat dəyərində olan 3 ədəd su quyusunun qazılması üçün quyunun hər birinə 85000 manat ayrılmış və ümumilikdə 231000 manat vəsait Aqil Nəzərli tərəfindən mənimsənilmişdir.
Cənab Prezident, əsil düşmənlər ocaq başında əyləşib".

Qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az)

pia.az


Etiket: Aqil Nəzərli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar