Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib...

Bu barədə Poliqon-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən, şəxsi heyət tərəfindən Şəhidlər xiyabanları ziyarət olunub, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, Vətən müharibəsinə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, qəhrəman oğullarımızın igidlik və şücaət nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışıblar.

Anım Günündə, həmçinin hərbi qulluqçularımız müxtəlif bölgələrdə şəhid ailələri və müharibədə sağlamlıqlarını itirən vətəndaşlarımızın iştirakı ilə keçirilən ağacəkmə aksiyalarında iştirak ediblər.

Fotolar

Poliqon.info

 

 

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar