Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anası Saakaşvilinin vəziyyətinin ağır olduğunu, həkimlər isə bir neçə ay yaşaya biləcəyini deyir...

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya oğlunun zəhərlənmə səbəbindən ağır vəziyyətdə olduğunu bildirib...

PİA.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, sabiq prezidentin anası həmçinin oğlunun həbsində və zəhərlənməsində iştirak edən şəxslərin cəzalandırılacağına ümid etdiyini qeyd edib.

“Adam zəhərlənib və bu zəhər onun bədənindən təmizləmyənə qədər bədənini onun səhhəti normallaşmayacaq. Bəlkə də elə bu zəhərlənmə onun həyatına son qoyacaq. Təəssüf ki, məhkəmələr uzanır, bu da onun üçün çox zərərlidir. Ümid edirəm ki, bu qanunsuz həbsdə və onun bu cür iztirab çəkməsində və zəhərlənməsində iştirak edən hər kəs öz cəzasını alacaq”, siyasətçinin anası bildirib.

Qeyd edək ki, Saakaşvilinin həkimlərinin fikrincə Gürcüstanın keçmiş prezidentini sağaltmaq demək olar ki, mümkün deyil. Onların sözlərinə görə, son vaxtlar keçmiş prezident 42 kiloqram arıqlayıb, idrak funksiyaları da zəifləyib, vücudunda polineyropatiya müşahidə olunur. Həkimlər bildiriblər ki, indiki müalicə səmərəsizdir və bu müalicə yalnız Saakaşvilinin vəziyyətini ağırlaşdırır. Əgər müalicə bu mühitdə aparılacaqsa, o, bir neçə ay yaşaya bilər.

Qeyd edək ki, Saakaşvili onun zəhərlənməsini araşdırmaq xahişi ilə xarici mediaya müraciət edib. Gürcüstanın sabiq lideri qeyd edib ki, ABŞ-dakı tanınmış Nyu-York toksikoloji laboratoriya zəhərlənmə faktını sübut edib. Siyasətçi həmçinin hazırkı Gürcüstanın rəhbərliyinin Rusiya ilə şübhəli əlaqələrinin araşdırılmasını istəyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar