Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anarla bağlı sərt tənqid – “Sakitcə çıxıb getsin”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayı öncəsi gənc yazarlar Fuad Cəfərli, Emil Rasimoğlu və Tural Turanın namizədliklərini elan edəcəkləri ilə bağlı verdiyi bəyanat ölkə gündəmini zəbt etdi

Gənc AYB üzvlərinin namizədliklərini irəli sürəcəyi ilə bağlı verdikləri bəyanat qurum daxilində birmənalı qarşılanmadı. Hətta ötən gün bir qrup Xalq artisti gəncləri müdafiə edərək, onların irəli çəkilməsi ilə bağlı mövqe sərgilədilər.

Tanınmış şair Rüstəm Behrudi də məsələyə münasibət bildirib. Şairin sözlərinə görə, gənclərin namizədliklərini irəli sürməsi məsələsini təbii qarşılayır və normal yanaşır: "Bu işləri təqdir edirəm. Nəsillər dəyişib, həmin nəsillərlə bərabər idarəçilik üsulları də dəyişməlidir, yeni adamlar gəlməlidir. Yəni bir adam bütün həyatı boyu eyni vəzifədə işləyə bilməz”.

Rüstəm Behrudi bildirib ki, hazırkı AYB sədri Anarı Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri hesab edir: "Azərbaycan mədəniyyətinə, ədəbiyyatına gətirdiyi yeniliklər, yazdığı əsərlər Anarı ədəbiyatımızda eləcə də oxucular arasında təsdiq elədi. Amma bu o demək deyil ki, bütün həyatıboyu eyni vəzifədə olmalıdır: Məsələn, mən Anarın yerində olsaydım, sakitcə çəkilib gedərdim. Çünki elə fikirləşirəm ki, artıq Anar kimi bir adamın Azərbaycan Yazıçılar Birliyinin sədri olmağa ehtiyacı yoxdur. Bunu cavan nəsilə buraxmaq lazımdır. Onlar daha dinamik, onlar daha cəsurdur. Bu gün çağımızda istedadlı adamlar var. Yəni, Anar bir biokratik aparatın işçisi olaraq öz işini, vəzifəsini sona yetirmiş ədəbiyyat adamıdır. Ona görə də elə bilirəm bundan sonra sakitcə bir guşəyə çəkilib ədəbiyyatla məşğul olsa daha gözəl olar. Bu addım həm onun yaradıcılığı üçün, həm də arxasınca gələn bu günkü yaradıcı nəsil üçün lazımlı addımdı. Digər tərəfdən heç onun sağlamlığı üçün də işləmək yaxşı deyil”.

Şair hesab edir ki, adlarını çəkilən gənclərin Azərbaycan Yazıçılar Birliyinin sədri də, katibi də olmağa haqları var: "Onları yaxşı tanıyıram. O gənclər çox istedadlı gənclərdi. Hətta Tural Turanın bir kitabına ön söz yazmışam. Kitabın adını belə mən qoymuşam. Yəni istedadlı bir adamdı. Onun yaşında Şah ismayıl Xətai on dörd əyaləti Azərbaycan dövlətinin tərkibinə qatıb müstəqil dövlət yaratmışdı. Niyə də olmasın axı bu adamar, niyə də olmasın?!

Əgər Yazıçılar Birliyi varsa, gənc nəsl özündən əvvəlki nəsli əvəz etməlidir. Mən hər üç gənci alqışlayıb, hər zaman dəyərləri qorumaqla mübarizəni aparmağı arzulayıram. Mən gənclərin namizədliyini dəstəkləyirəm. Hər sahədə yeniləşmə olmalıdır. Mən Anarı mühakimə etmirəm ki, niyə 80 yaşına qədər Yazıçılar Birliyinin sədri olub. Ancaq zaman dəyişib, nəsillər dəyişib. Bu gənclər özlərini güc hesab edirlər və bilirlər ki, Yazıçılar Birliyinin fəaliyyətində nələrisə yaxşılığa doğru dəyişə bilərlər”. (Modern.az)

pia.az


Etiket: AYB Anar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Ən çox oxunanalar