Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Analitik: "Ermənistan homoseksualların ümidinə qalıb"

"Nikol Paşinyan jurnalist kimi fəaliyyət göstərdiyi illər ərzində LGTB tərəfdaşı kimi çıxış edib"

"Yazılarında həmişə bu mövzuya toxunub. Belə nəticəyə gəlmək olar ki, Ermənistanda mövcud olan LGTB tərəfdaşlarının Avropadan böyük dəstək göstərilməsinə ilk səbəbkarlardan biri də məhz Nikol Paşinyandır".

Bu sözləri Axar.az-a açıqlamasında analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, son zamanlar Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilir və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın qanunları kobud şəkildə pozulur:

“Belçika parlament üzvlərinin Azərbaycan torpaqlarına qanunsuz səfəri Azərbaycan-Belçika münasibətlərinə inkişafına mənfi təsir göstərə bilər. Xüsusilə də, bu səfəri üzdəniraqlar tərəfindən reallaşdırılması qondarma rejimin nə qədər biabırçı vəziyyətdə olduğunu göstərir. Separatçı rejim bu səfərləri təşkil etməklə çalışır ki, özünü “müstəqil ölkə” kimi tanıtsın. Lakin buna nail ola bilməyəcəklər. Xatırlayırsınızsa, avqust ayında “internet qumarbazı” Den Bilzerian işğal altında olan Azərbaycan torpağına səfər etmişdi. Separatçı rejim bu hərəkəti ilə daxili ictimaiyyətinə hər şeyin müsbətə doğru dəyişdiyini göstərməyə çalışır. Separatçı rejim nə qədər çalışsa da bu istəyinə nail ola bilmədi”.

##relatedPostMilli##

Analitik vurğulayıb ki, qondarma rejim porno ulduzu, internet qumarbazı və üzdəniraqlar və s. kimilərinin dəstəyi ilə dünya arenasında tanınmağa çalışır:

“Onda bu separatçı rejimdən hər şey gözləmək olar. Onlar indi də üzdəniraqların dəstəyi ilə özlərini Avropa dəyərlərinə sadiq biri kimi göstərmək arzusundadır. Lakin bir şeyi unudurlar ki, Avropa dəyərləri işğalçılıq siyasəti üzərinə qurulmayıb. Həmçinin onlar üzdəniraqların səfərlərini təşkil etməklə maliyyə dəstəyi əldə etməyi planlaşdırır”.

Analitikin sözlərinə görə, separatçı rejim homoseksuallara möhtac vəziyyətdədir:

“Həmçinin Avropada nüfuzu olmayan homoseksual deputatın Qarabağa səfərinin ermənilər tərəfindən fəxarətlə təqdim edilməsi separatçıların və erməni lobbisinin üzdəniraqlarla əməkdaşlığının və onların əsl kimliklərinin növbəti sübutudur. Fikrimcə, yaxın zamanda homoseksuallıq qondarma rejimdə geniş yayılmasını müşahidə edəcəyik. Hətta bu səfər çərçivəsində maliyyə dəstəyinin təmin olunması qarşılığında qondar rejimdən belə bir şərt iləri sürülə bilər. Xüsusilə, işğal olunmuş ərazilərimizdə xidmət göstərən erməni əsgərlərinin arasında homoseksuallığın geniş yayıldığı bir vaxtda bu, olduqca inandırıcıdır.

##relatedPostMilli##Bundan əlavə, Ermənistanın LGBT icmasına 30 min avro göndərdiyi barədə yazılar çıxmaqdadır. Bu yaxınlarda Henrix Bell Fondunun Cənubi Qafqaz ofisi tərəfindən həyata keçirilən və Aİ tərəfindən maliyyələşdirilən “Ermənistan və Gürcüstanda LGBT nümayəndələri üçün həmrəylik şəbəkəsi” layihəsi çərçivəsində “Zorakılıqsız cəmiyyət” ictimai təşkilatının köməyilə “Ermənistanda eynicinsli cütlüyün xoşbəxt, amma çoxları üçün anlaşılmaz hekayəsi” adlı yeni bir yazı yayımlanıb. Bu yazıda Romik Danial və Narek adlı iki eyni həmcinsin bir-birinə qovuşmasından, bunun timsalında sevgilərindən bəhs olunur. Son olaraq, bu gün Romik və Narek uşaq arzusundadır, Romikin sözlərinə görə bu, qələbə rəmzi olacaq”.

Analitik qeyd edib ki, bu gedişatla Paşinyan Ermənistanı geylər ölkəsinə çevirəcək:

“Görünür, bu işə qondarma rejimdən başlayıb. Bir sözlə, hesab edirəm ki, qondarma rejim özünü tanıtmaq və maliyyə dəstəyi almaq üçün bir çox üzdəniraqları qəbul edəcək. Ola bilsin ki, yaxın zamanlarda üzdəniraqları təmsil edən partiya da yaradılsın. Bu partiya qondarma rejimdə də ola bilər, Ermənistanda da”.

pia.az


Etiket: Ermənistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar