Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA-nın Ümumi yığıncağı keçiriləcək

Aprelin 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib...

AMEA Rəyasət Heyəti aparatının Media və informasiya şöbəsindən verilən xəbərə görə, tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclasda 1 may 2023-cü il tarixində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının keçirilməsi qərara alınıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Avrasiya Universitetlər Birliyinə (EURAS) üzv seçilməsi haqqında məsələ müzakirə edilib. Akademik İsa Həbibbəyli qeyd edib ki, son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən çoxşaxəli islahatların mühüm istiqamətlərindən birini beynəlxalq elmi əlaqələrin inkişafı, xüsusən nüfuzlu beynəlxalq elmi qurumlarla əlaqələrin genişləndirilməsi təşkil edir.

İclasda, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilib. Elmi tədqiqatların keyfiyyətinin yaxşılaşdırılması, qarşıda duran vəzifələrin daha mütəşəkkil həyata keçirilməsinə nail olunması məqsədilə institutun Məntiq və İdrak nəzəriyyəsi şöbələrinin birləşdirilərək İdrak nəzəriyyəsi və məntiq şöbəsi adı ilə fəaliyyət göstərilməsi məqsədəuyğun hesab edilib.

Poliqon.info

 

 


Etiket: AMEA iclas


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Baş direktor: ICESCO azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır  

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ən çox oxunanalar