Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 80 nəfərə yüksəlib.
“Report” xəbər verir ki, məlumatı “Bild” qəzeti yayıb.
Koblens şəhər Polis İdarəsinin nümayəndəsi Reyland-Pfals Federal torpağında 50 nəfərin, Şimali reyn-Bestfalidə isə 30 nəfərin öldüyünü bildirib.
Məlumata görə, 1 300-ə yaxın sakin itkin düşüb.
Bir müddət əvvəl 58 nəfərin təbii fəlakətin qurbanı olduğu barədə məlumatı yayılmışdı.
Almaniya kansleri Angela Merkel zərərçəkənlərə maddi yardım ediləcəyini bildirib.
Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlar yaradıb.
pia.az