Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya ilə Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi imzaladılar

Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen bu ölkələrin ikitərəfli münasibətləri tarixində ilk dəfə olaraq, hərbi sahədə əməkdaşlıq barəsində razılaşma imzalayıblar

İmzalama mərasimi Almaniyada keçirilib.Məlumatı Gürcüstanın MN-nin mətbuat xidməti verib.

Nazir İzoriya Almaniyaya səfəri çərçivəsində fon der Lyayen ilə görüşdən sonra bildirib: “İki ölkənin əməkdaşlığı tarixində ilk dəfə hərbi sahədə əməkdaşlıq barəsində müqavilə imzalanıb. Müqavilədə qeyd olunub ki, Almaniya yenə də NATO-nun Gürcüstana qarşı açıq qapı siyasətini dəstəkləməyə davam edəcək və ölkənin NATO-ya inteqrasiyası yolunda maksimum səy göstərəcəkdir”.
İzoriya Berlində keçiriləcək, təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda iştirak eləməyi planlaşdırır.

Gürcüstanın NATO ilə əməkdaşlığı 1994-cü ildə, ölkə “Sülh naminə tərəfdaşlıq” prqoramının iştirakçısı olduğu zaman başlanıb. 2004-cü ildə narıncı inqilabdan sonra NATO ilə Gürcüstanın əməkdaşlığı daha da intensivləşib. 2008-ci ilin aprelində Buxarestdə NATO sammitində gələcəkdə, standartlara uyğun olacağı təqdirdə Gürcüstanın NATO üzvü ola biləcəyi rəyi təsdiqlənib. 2014-cü il 4-5 senyabr tarixlərində Uelsdə keçirilən sammit çərçivəsində Gürcüstanın alyansa üzv olmasına hazırlıq aparan tədbirlər paketi təsdiq edilib. Bu tədbirlər paketi çərçivəsində Gürcüstanda müntəzəm şəkildə birgə hərbi təlimlər keçirilir.(Muxalifet.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Ən çox oxunanalar