Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Allahşükür Paşazadə: "Azad edilən ərazilərdə türk-İslam abidələri bərpa olunur"

"44 günlük Vətən müharibəsində Azərbaycan xalqı müdrik lideri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində 30 illik işğala son qoyaraq öz ərazilərini azad edib. Ermənistan işğal dövründə Azərbaycana qarşı təkcə etnik təmizləmə və soyqırım deyil, ölkəmizin Türk-İslam mədəni və mənəvi irsinə qarşı da təcavüz siyasəti yeridib".

"Report"un yerli bürosu xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlər Şurasının təsis konfransında çıxışı zamanı bildirib.

O, erməni silahlılarının uzun illər ərzində Azərbaycanın mədəni irsinə ciddi zərərlər vurmasından da danışıb: "Azərbaycanın işğaldan azad edilən torpaqlarında ümumislam əhəmiyyətli, türk mədəni-mənəvi irsi abidələrinə qarşı vandalizm aktları, həqarətlər törədilib. Hazırda qalib Azərbaycan dövləti milli-mənəvi, türk-İslam abidələrimizi bərpa edir, yenidənqurma işləri həyata keçirir. Dövlət başçısının qətiyyətli siyasi iradəsi ilə yerlə yeksan edilmiş şəhər və kəndlərimiz yenidən inşa olunur, ən müasir infrastruktur layihələri həyata keçirilir. İnşallah, sizlər Azərbaycanda səfərdə olarkən azad olunmuş ərazilərimizi birgə ziyarət edəcəyik".

A.Paşazadə deyib ki, Şuşa şəhərinin 2023-cü il Türk Dünyası Mədəniyyət Paytaxtı elan edilməsi orada yerləşən türk-İslam mədəniyyətinə məxsus tarixi abidələrin dünyada tanıdılmasına öz töhfəsini verəcək.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar