Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Allah Sizi ümidsizlərin ümid yeri olaraq hər zaman var etsin” – Mehriban Əliyevaya müraciət

Əməliyyat pulu olmadığı üçün Mərkəzi Klinikada ölüm təhlükəsi ilə üzləşən gəncin ailəsi HeydərƏliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib...

Bir neçə gün əvvəl ağır qəzadan sonra Mərkəzi Klinikaya yerləşdirilən və ailəsinin əməliyyat pulu olmadığı üçün ölümlə üz-üzə qalan Nicat Məlikova yardım edilməsi ilə bağlı xəbər dərc etmişdil. Xəstənin ailəsi Poliqon.infoya bildirib ki, Nicatın vəziyyəti ağır olaarq qalır və o, təcili əməliyyat olunmalıdır. Mərkəzi Klinikada əməliyyat pulunun sığorta vasitəsi ilə ödənilməsi ilə bağlı ailə TƏBİB-ə müraciət etsə də, müsbət cavab ala bilməyiblər.

Bununla bağlı Nicat Məlikovun ailəsi HeydərƏliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Həmin müraciəti təqdim edirik:

“Möhtərəm Mehriban xanım!

Biz son ümid yerimiz olaraq Sizə müraciət edirik.

Məlikov Nicad Xanoğlan oğlunun 37 yaşı hələ yenicə tamam olub, iki qız övladı var, üçüncü oğul övladı dünən dünyaya göz açıb. Yanvarın 27-i çox ağır travmalı qəza keçirib. Əvvəl Respublika Klinik Xəstəxanasına, vəziyyəti ağırlaşdığı üçün daha sonra Mərkəzi Klinikanın ümumi reanimatsiya şöbəsinə yeləşdirilib. Mərkəzi klinika özəl xəstəxana olduğundan qiymətləri bizim imkanlarımız daxilində deyil. Öz imkanlarımız hesabına müəyyən qədər müalicə olunmasını təmin edə bildik, lakin artıq imkanlarımız tükənib.

Hörmətli Mehriban xanım!

Bizim övladımızın həyatının xilas edilməsi üçün maddi köməyə ehtiyacımız var. Mən bacısı olaraq, sizə yalvarıram, artıq dərəcədə çox xahiş edirəm, köməyinizi, dəstəyinizi əsirgəməyin.

Hazırda Nicat Mərkəzi Klinikanın reanimasiya şöbəsində ağır vəziyyətdə yatmaq da davam edir. Həkimlər təcili əməliyyat olunmazsa, həyatının təhlükədə olduğunu bildirirlər.

Sizdən çox xahiş edirik. Nicatın həyatını vilas edin. Onun əməliyyat olunmasında bizə yardım göstərin.

Allah Sizi ümidsizlərin ümid yeri olaraq hər zaman var etsin. Mərhəmətiniz əskik olmasın.

Dərin hpörmətlə, Nicat Məlikovun ailə üzvləri”

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Ən çox oxunanalar