Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali məktəblərin boş qalan yerlərinə qəbulun nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 14906 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 348 nəfər (o cümlədən 36 nəfər dövlət sifarişi əsasında*), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 9517 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.48% dolub. Qəbul aparılan 54 kollecdən 40 kollecdə plan yerləri 100% dolub. Cəmi 147 yer (1.52%) boş qalıb. Onlardan 124 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir. Xüsusi qabiliyyət imtahanı tələb etməyən 23 vakant yerin 2-si gözdən əlillər üçün idman və müalicə masajı ixtisası, 21-i isə Bakı İdarəetmə və Texnologiya Kollecinə aid ixtisaslar üzrədir (qiyabi, ödənişli).

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Avqustun 24-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu sayında (elektron versiyada, pdf şəklində), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 24-dən sentyabrın 3-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə avqustun 24-dən 30 dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

*Dövlət sifarişi əsasında 25 nəfər İslamşünaslıq ixtisası üzrə Azərbaycan İlahiyyat İnstituna, 3 nəfər Aqronomluq, 8 nəfər isə Torpaqşünaslıq və aqrokimya ixtisasları üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

Rusiya, SEPAH və Qərb arasında qalan Pezeşkian...

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Ən çox oxunanalar