Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksey Danilov: Rusiya Zelenski və Zalujnı arasında fikir ayrılığına səbəb olub

Ukraynada Zelenski və Zalujnı arasında fikir ayrılığına görə Rusiya günahlandırılıb...

Rusiya casusları ölkə prezidenti Volodimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında fikir ayrılığına səbəb olub”.

Poliqon Times qəzetinə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Onun sözlərinə görə, rus agentləri prezidentlə baş komandan arasında yaranmış “qondarma gərginlikdən” istifadə edərək, aralarında nifaq salmaq üçün yalan məlumat yaymağa çalışıblar.

Aleksey Danilov əlavə edib ki, Rusiya Ukrayna xalqı arasında hökumət əleyhinə əhval-ruhiyyə yaratmaq, daha doğrusu, Ukrayna ərazisində müharibə əleyhinə mitinqlər keçirmək istəyir.

Qeyd edək ki, bir müddətdir Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında gərginlik olduğu deyilir. Hətta bəzi xarici mətbuat orqanları Zalujnının rəhbərlik etdiyi hərbçilər qrupunun hakimiyyəti devirə biləcəyini iddia edib. Ukrayna hakimiyyəti bu iddiaları hələ rəsmi təsdiq etməsə də, Zelenski açıq şəkildə “Maydan-3”ün hazırlandığını bildirib. Prezident qeyd edib ki, Rusiyanın məqsədi ölkədə qarışıqlıq yaratmaq və mövcud hakimiyyəti devirməkdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar