Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aksiya iştirakçısı: "Andrey Volkov gələrsə, tələblərimiz ona çatdırılacaq"

"Əgər Andrey Volkov bura gələrsə, ona Azərbaycanın müvəqqəti sülhməramlılar yerləşdirilmiş ərazilərində həm ekoloqlar, həm də QHT-lər tərəfindən monitorinqin keçirilməsi tələbi çatdırılacaq".

Bunu “Report”a açıqlamasında Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunun bir hissəsində Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasına qoşulan Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

Onun sözlərinə görə, hazırda Laçın dəhlizində avomobillərin gediş-gəlişi dayandırılıb və aktivistlər öz tələblərini irəli sürürlər:

"Azərbaycan Qeyri-Hökumət təşkilatlarının (QHT) bugünkü aksiyasının əsas səbəbi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ətraf mühitlə bağlı vəziyyətin, həmçinin "Qızılbulaq", "Dəmirli" qızıl və mis-molibden yataqlarında həyata keçirilən faydalı qazıntıların qeyri-qanuni istismarı ilə ətraf mühitə vurulan mümkün ziyanla bağlı monitorinqin keçirilməsi tələbidir. Aksiya iştirakçıları ilk növbədə Rusiya sülhməramlı kontingentin komandanı Andrey Volkovun bura gəlməsini tələb edirlər və öz etirazlarını şəxsən ona bildirmək istəyirlər. Buna görə də biz Laçın yoluna toplaşaraq öz etirazımızı bildiririk. Elə bu gün keçirilən aksiyanın əsas məqsədi də bundan ibarətdir".

pia.az 


Etiket: Etiraz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Ən çox oxunanalar