Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AK rəhbəri Ukrayna və Moldovanın Aİ-yə qəbul edilməsinin tərəfdarıdır

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen hesab edir ki, Avropa İttifaqı (Aİ) yeni geosiyasi reallıqları tanımaq üçün sərhədlərini genişləndirməlidir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən yazır.

Onların sözlərinə görə, AK rəhbəri Ukrayna və Moldovanın birlik dəyərlərini bölüşməyən ölkələrin təsiri altına düşməsinin qarşısını almaq üçün Aİ-yə qəbul edilməsinin tərəfdarı olduğunu bildirib.

Agentliyin həmsöhbətlərinin fikrincə, ölkədə qanunvericiliyin blokun qaydalarına uyğunlaşdırılması və Aİ-yə daxil olmaq üçün siyasi dəstək qazanması üçün hər iki ölkə islahatları sürətləndirməlidir. AK komissiyasının oktyabr ayında Ukrayna və Moldova ilə Aİ-yə üzvlüklə bağlı rəsmi danışıqların başlanmasını tövsiyə edib-etməmək barədə qərar qəbul edəcəyi gözlənilir.

Bloomberg aydınlaşdırır ki, bəzi ölkələr Ukraynanın ittifaqa qəbul edilməsinin Aİ-nin məhdud resurslarının çox yaxşı bölüşdürülməməsinə gətirib çıxaracağından ehtiyat edir. Ukraynanın üzvlük tərəfdarları isə əmindirlər ki, büdcə nəticələri şişirdilib.

Bu gün, sentyabrın 13-də xanım fon der Leyen Aİ-dəki işlərin vəziyyəti haqqında illik hesabatını təqdim etməlidir. Onun çıxışında Ukraynanın icmaya qəbulu məsələsinə də toxunacağı gözlənilir.

2022-ci ilin yayında Aİ ölkələri Ukrayna və Moldovaya icma üzvlüyünə namizəd statusunun verilməsini təsdiqləyib. Bu il Kiyev və Kişinyov Brüsselin üzvlüklə bağlı danışıqlara başlamaq qərarını gözləyir və hər iki ölkədə müsbət qərarın qəbul edilməsi ehtimalı yüksək hesab olunur. "Politico" iddia edirdi ki, Ukraynanın Aİ-yə qəbulu birliyi Türkiyənin qəbulundan imtina etməyə məcbur edə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar