Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Rusiyanı “Taxıl sazişi”ni dərhal bərpa etməyə çağırıb

Avropa İttifaqı (Aİ) Rusiyanı “Taxıl sazişi”ni dərhal bərpa etməyə çağırıb...

“Report” xəbər verir ki, Aİ-nin Rusiyadakı Nümayəndəliyinin saytında dərc olunan bəyanatda belə deyilir.

Qeyd edilir ki, Rusiya ərzaqdan silah kimi istifadə edir, bütün dünyada taxıl tədarükündəki fasilələrə və ərzaq qiymətlərinin qlobal artımına görə bütün məsuliyyəti öz üzərinə götürür.

Avropa diplomatiyasının rəhbəri Cosef Borrell bildirib ki, Aİ qlobal ərzaq təhlükəsizliyi problemini həll etmək üçün ziyan çəkən tərəfdaş ölkələrlə işləməyə davam edəcək və taxıl təşəbbüsünün bərpası üçün bütün səyləri dəstəkləyəcək.

Qeyd edək ki, Rusiya iyulun 17-də "Taxıl sazişi"nin müddətinin başa çatmasını əsas götürərək, sənədin vaxtını uzatmayıb. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar