Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrkada Fransa neokolonizminin qürubu- Son 3 ildə Paris 8 ölkə itirib...

Yalnız son üç ildə Qərbi və Mərkəzi Afrikadakı səkkiz keçmiş Fransa koloniyası hərbi xuntaların əlinə keçib. Və hər çevriliş Fransa əleyhinə əhval-ruhiyyə dalğası ilə müşayiət olunurdu...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalının analitik məlumatında deyilir.

Seneqallı xarici əlaqələr üzrə analitik Chris Ogunmodede CNN-ə deyib ki, çevriliş olan ölkələrdə insanlar fransız bizneslərinə hücum edirlər, çünki çoxları üçün bu biznes Fransız neokolonializminin simvoludur.

Analitiklərin fikrincə, Fransanın keçmiş müstəmləkələrə tətbiq etdiyi qaydalar müasir tələblərə cavab vermir və bu qaydalar neokolonizmin birbaşa daşıyıcılarıdır. Fransızlar Afrika ölkələrini rahat istismar etmək üçün klanların uzun müddət hakimiyyyətdə qalmasını təmin edir və bu yolla Afrikanın sərvətini talayırlar.

CNN qeyd edir ki, Qabonda bir ailə 50 il hakimiyyətdə olub. Artıq bir krallıqdır. Konqo Respublikasında və Ekvatorial Qvineyada liderlər 40 ildən artıqdır ki, hakimiyyətdədirlər.

Afrikada avtokratları dəstəkləyən Qərb demokratik idarəçiliyi neokolonizmi inkişaf etdirməklər yanaşı, hərbi çevrilişlərə də mənfi təsir göstərir. Daha doğrusu bu çevrilişləri tətikləyən əsas faktora çevrilir.

CNN yazır ki, Afrikalıların siyasi şüurunun dəyişməsi qitənin gəncləri ilə bağlıdır. Afrikada əhalinin orta yaşı 20 ildir. Bu, əslində orta əsrlərin orta yaş səviyyəsidir. Bütün bunlar isə gənclərin dəyişiklik istəyini tətikləyir, onları Fransa ilə tarixi əlaqələrlə məhdudlaşmayaraq, dünyanın müxtəlif ölkələri ilə əlaqələr axtarmağa vadar edir. Belə tərəfdaşlar arasında qitədə münasibətləri genişləndirməyə çalışan və bəzilərinin fikrincə, ABŞ-dan üstün olan Çin və Rusiya da var.

Artıq Fransanın Afrikadakı rolu əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Ancaq Fransanın keçmiş müstəmləkələrini əsla tərk etmədiyini iddia edənlər var. Hesab edilir ki, bütün baç verənlər Parisin gizli razılığı ilə baş verir və əslində heç bir şey baş vermir.

"Françafrica" ​​(neokolonial münasibətlər) təcrübəsi yalnız ittihamları gücləndirir. Məsələn, Mərkəzi Afrika frankı qitənin 14 ölkəsində istifadə olunur. Və dövlətlərdən valyuta ehtiyatlarının 50%-ni Fransa Bankında saxlaması tələb olunur və bu valyuta avroya bağlanır. Paris bu sistemin iqtisadi sabitliyə töhfə verdiyini iddia edir.

Digərləri deyirlər ki, bu, Fransaya ölkələrin iqtisadiyyatına nəzarət etməyə və başqa ölkələrin hesabına varlanmağa imkan verir. Paris həmçinin hərbi kontingentini özündə saxlayır.

İronik olan odur ki, Makronun dövründə Fransa tənqidlərə birbaşa cavab verməyə həmişəkindən daha çox hazırdır. O, Afrika ölkələri ilə bərabər şəraitdə işləmək istədiyini vurğulayaraq Fransanın imicini dəyişməyə çalışır. Amma qatar artıü getmiş kimi görünür.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar