Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afaq Bəşirqızı yenidən “Bankir adaxlı” ilə Musiqili Teatrda

Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq


Teatrın Mətbuat xidmətindən bildirilib ki, səhnə əsəri Respublikanın Xalq artisti, “Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq xanım Bəşirqızının iştirakı ilə baş tutacaq. A. Bəşirqızı tamaşada baş qəhrəmanı – Nisə obrazını canlandırır. Bir-birindən maraqlı, qəh-qəhə dolu və gözlənilməz situasiyalarla zəngin olan “Bankir adaxlı” iki hissəli musiqili komediyası Musiqili Teatrın sevimli tamaşaçılarına dekabrın 3-ü saat 19.00-da təqdim olunacaq.

Tamaşada rolları Afaq Bəşirqızı ilə yanaşı, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Gültac Əlili, Elçin İmanov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa edirlər.

Tamaşanın quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşaya Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev dirijorluq edəcək.

Qarşıdan gələn dekabr ayının ilk bazar gününü gülüşlə və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Ən çox oxunanalar