Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afaq Bəşirqızı “od püskürdü“: “Ona 24 saatda 24 dəfə ölüm arzulayıram"

Hazırda həbsdə olan Yevlaxın sabiq icra başçısı Qoca Səmədov məhkəmədə sensassiya sayılacaq etiraflar edib.

Məhkəmədə qeyd edilib ki, Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib.

Məhkəmə istintaqı zamanı ifadə verən Qoca Səmədov bütün ittihamları qəbul edərək əməlini etiraf edib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Afaq Bəşirqızı sabiq icra başçısının bu əməlini sərt şəkildə qınayıb:

“Ona adam deməklə çox böyük titul vermiş olarıq. Mən belə töküntüləri heç vaxt adam saymaram. Bilirsiniz, onun ən böyük cəzası məhkəmədə danışıq vaxtı idi. O gərək danışmayaydı, amma Allah böyükdür, onu danışdıran danışdırdı. O da öz alçaqlığını, vətənsizliyini, biqeyrətliyini etiraf etdi. Bütün bunların qarşında artıq söz demək mümkün deyil, çünki özü öz hökmünü oxudu! Əgər onda azca insanlığın qırıntısı olsaydı, o sağ qala bilməzdi, bu mümkün olan şey deyil. Bəlkə də bütün olanları, əməllərini sonradan dərk edər, amma ona da heç inanmıram”.

Aktrisa qeyd edib ki, bu tip əməllər törədən məmurlar xalqın hökmünə tabe olmalıdır:

“Mən həmişə Şərq filmlərinə baxıb düşünürdüm ki, görəsən, adam nə qədər ürəksiz, mərhəmətsiz olmalıdır ki, kimisə daş-qalaq edə. Amma indi başa düşürəm, bu insanlar xalqın çıxardığı hökmə tabe olmalıdırlar. Onlar doğrudan da daş-qalaq olunmalıdırlar. Düşünürəm ki, ölüm də onlar üçün şərəfdir. Onlar gərək ölməsinlər, 24 saat müddətində 24 dəfə mənəvi cəhətdən ölsünlər. Vallah, söz tapa bilmirəm. Bir icra başçısı olaraq məgər sənə hardansa gedib tıxmaq bu qədərmi çətin imiş? Necə bir şəhid ailəsinin çörəyinə əl uzada bilərsən? Onun ailəsi bizə əmanətdir. Nə fərqi var ki, mənimsənən pulu İcra başçısı özü yeyib, yaxud kimlərsə yeyib, danışanda ümumi danışılır. Budur sizin şəhid ailəsinə olan hörmətiniz?! Nə deyim bilmirəm. Onu hələ ən böyük mühakimə gözləyir. Ona 24 saatda 24 dəfə xəcalət ölümü arzulayıram! Əgər o bunu qansa, başa düşsə...”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar