Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda şəhib Vidadi Zalovun anım mərasimi keçirilib…

Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Vidadi Zalovun 40 mərasimi keçirilib…

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş, müharibədən sonrakı dövrdə hərbi vəzifələrini yerinə yetirərkən 11 aprel 2023-cü ildə Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Vidadi Zalovun 40 mərasimi keçirilib.

Poliqon xəbər verir ki, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında keçirilən anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər. Mərasimdə şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib. Daha sonra şəhidin əziz xatirəsinə ehsan təşkil olunub.

Şəhid Vidadi Zalovun ailəsi onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.

Qeyd edək ki, ailənin yeganə oğul övladı olan şəhid Vidadi Zalov ali təhsil aldıqdan sonra Müdafiə Nazirliyinin "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmış və həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qoşulub. Xidməti zamanı fərqləndiyinə görə dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılmış, 26 iyun 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Vidadi Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlib.

Vətən müharibəsindən sonra "Gizirlik kursu"nu keçən şəhidimiz "kiçik çavuş" rütbəsindən "gizir" rütbəsinə yüksəlib. 11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində tördilən təxribat nəticəsində Vidadi Zalov döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub.

Allah rəhmət eləsin.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar