Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda 3 ailə üzvünü öldürüb, 1 nəfəri yaralayan şəxsin məhkəməsi başlayır

Ötən il iyulun 3-də Abşeron rayonu ərazisində 4 nəfərə balta ilə xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb...

Baş Prokurorluğun mətbuat xidmətindən Poliqon-a verilən xəbərə görə, ibtidai istintaqla 1974-cü il təvəllüdlü Sərxan Həşimovun Abşeron rayonu, Digah qəsəbəsi, Q.Qarayev küçəsi ərazisində qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya balta ilə çoxsaylı xəsarətlər yetirməklə onları xüsusi amansızlıqda qəsdən öldürməsi, daha sonra Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Ələsgər Hüseynova həmin balta ilə çoxsaylı xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sərxan Haşımova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar