Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? - Açıqlama + Video

Abşeron Rayon Mərkəzi Xəstəxanasında növbə əlindən tərpənmək olmur.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Videogörüntülərdə səhər saat 8:30 radələri olmasına baxmayaraq, pasiyentlərin Abşeron Rayon Mərkəzi Xəstəxanasına axını dəhşətli mənzərə yaradıb:

Azərbaycan səhiyyəsinin durumuna baxın. Abşeron Rayon Mərkəzi Xəstəxanası. Təxminən saat 08:38-dir və acınacaqlı duruma baxın. Hələ iş 9:00-da başlayacaq. İnsanlar qeydiyyat növbəsinə dayanıblar. Sonrakı faciələr qarşıdadır. Burada sağlam insan xəstəliyə düçar olar. Bu da işin düzgün təşkil edilmədiyini göstərir. İnsanlar növbə üstündə mübahisə edirlər. Ən azından, bir aparat qoymaq olar ki, hər kəs sıra növbəsini götürüb, ona uyğun gözləsin”.

Məsələ ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasına sorğu ünvanladıq. Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, burada həm Abşeron rayonu ərazisindən, həm də ölkənin müxtəlif bölgələrindən müraciət edən vətəndaşlara, eləcə də vətəndaşlığı olmayan şəxslərə xidmət göstərilir:

“Təkcə rayon ərazisində, qeyri-rəsmi məlumatlara əsasən, 800 000-ə yaxın əhali yaşayır. Xəstəxanaya müraciət edənlərin sayının günlük 1 500-2 000 arasında dəyişdiyini nəzərə alsaq, sıxlıq başadüşüləndir. Bundan əlavə, vətəndaşlarımızın əksəriyyəti yaşadıqları ərazi üzrə Ailə Sağlamlıq Mərkəzlərində çalışan “ailə həkimi”nə yaxınlaşmaq əvəzinə, Mərkəzi Xəstəxanaya birbaşa müraciət etməklə bu sıxlığı daha da artırmış olur.

 
Xəstəxananın rəhbərliyi tərəfindən əhaliyə əlçatan tibbi xidmətin göstərilməsi üçün qeydiyyat bölməsi bir neçə ay öncə xəstəxananın geniş və işıqlı guşəsinə köçürülüb. Quraşdırılmış masalar göstərilən xidmətə uyğun (radioloji müayinələr üzrə, üç yaşadək və əlilliyi olan şəxslər üzrə, şəhid ailəsi və qazilərlə iş üzrə, göndərişlər üzrə, arayışlar üzrə və s. masalar) adlandırılaraq daha operativ qeydiyyat işinin təşkili üçün şərait qurulub. Vətəndaşların rahatlığının təmin edilməsi üçün gözləmə zonası yaradılıb. Bölmə həftənin altı (bazar ertəsi-şənbə) günü, səhər saat 8:30-dan etibarən vətəndaşlara xidmət göstərir.

Təbii ki, çoxprofilli və müasir texniki bazaya malik olan, ixtisaslı həkimlər tərəfindən yüksək səviyyədə xidmət görən hər bir vətəndaş tibbi xidmət almaq məqsədilə xəstəxanamıza müraciət edir. Bu da günü-gündən həm müraciətlərin, həm də sıxlığın artmasına zəmin yaradır.

Qeyd edək ki, tibb müəssisəsində qısa müddət ərzində elektron növbə sisteminin qurulmasına başlanılacaq”.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar