Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Yaxın Şərqdən yüz minlərlə amerikalını təxliyə etməyə hazırlaşır

Bayden administrasiyası Qəzza zolağında axan qanın qarşısını almaq mümkün olmadıqda yüz minlərlə Amerika vətəndaşının Yaxın Şərqdən təxliyə edilməsinə hazırlaşır...

Poliqon xəbər verir ki, bu barədə Amerika hökumətinin fövqəladə vəziyyət planları ilə tanış olan rəsmilərə istinadən The Washington Post qəzeti yazıb.

Qəzet qeyd edir ki, İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 7-də yəhudi dövlətinə hücum edən HƏMAS hərəkatının yaraqlılarını məhv etmək üçün Qəzza zolağında quru əməliyyatı hazırladığını elan etdikdən sonra təxliyə ehtiyacı kəskin şəkildə artıb.

WP nənbələrinin fikrincə, indiki vəziyyətdə təkcə İsraildə deyil, həm də qonşu Livanda yaşayan ABŞ vətəndaşları xüsusi narahatlıq doğurur. Bununla belə, onlar vurğulayıb ki, bu miqyasda evakuasiya ən pis ssenari hesab olunur. “Ancaq belə bir planın olmaması məsuliyyətsizlik olardı”, deyə bir məmur bildirib.

WP yazır ki, İsrailə güclü ictimai dəstəyə baxmayaraq, Amerika prezident administrasiyası mürəkkəb logistika səbəbindən evakuasiya perspektivindən narahatdır.

ABŞ Dövlət Departamentinin hesablamalarına görə, HƏMAS-ın İsrailə hücumu zamanı yəhudi dövlətində təxminən 600 min, Livanda isə 86 min ABŞ vətəndaşı olub.

“Hizbullah” Hərəkatının HƏMAS-a dəstəyini ifadə etməsindən sonra amerikalıların Livandan çıxarılması zərurəti mühüm məsələyə çevrilib. ABŞ HƏMAS-ın ardınca bu qrupun yaraqlılarının şimaldan İsrailə hücum edəcəyindən və bununla da ikinci cəbhə yaradacağından ehtiyat edir.

ABŞ səlahiyyətliləri amerikalılar arasında çaxnaşma yaratmaq istəmədikləri üçün evakuasiya planları haqqında açıq danışmağı planlaşdırmırdılar. Bununla belə, son günlər onlar digər oyunçuların hərbi münaqişəyə girməsinin yolverilməzliyini vurğulamaq üçün mövqelərini dəyişiblər”, deyə WP qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

Ən çox oxunanalar