Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Suriyadan çəkilir, bəs nəticələri nə olacaq?

ABŞ Suriyadan Yaxın Şərqdəki gücünü qeyb eləməmək üçün çıxır?...

Politoloq: “ABŞ -ın dəstəyi və Türkiyənin əli ilə, Rusiyaİranın Suriyanı tam nəzarətə götürmələrinin qarşısı alınacaq”.

ABŞ Suriyadan çəkilir və hərbiçilərini bu ölkədən çıxarır. Dünən bu barədə prezident Donald Trampın verdiyi əmr doğrudan gözlənilməz oldu. ABŞ-ın öz hərbiçilərini nəticə əldə etmədən Suriyadan çıxarması isə çoxlu suallar doğurur.

Doğrudur, Donald Tramp hələ prezident olmamışdan əvvəl qoşunları Suriyadan çıxaracağını deyirdi. Lakin həm Pentaqon, həm də Dövlət Departamenti Trampı bu addımın yanlış olacağına inandıra bilirdi. Çünki Suryanın yenidən formalaşmasında ABŞ-ın söz sahibi ola bilməsi üçün bu çox önəmli idi. Bu üzdən də ABŞ-ın qəfildən Suriyanı tərk etmək barədə qərar verməsi bir çox teoriyaların yaranmasına səbəb olub.

Qeyd edək ki, hazırda Suriyda əsas üç ölkənin hərbi birləşmələri fəaliyyət göstərir. Bu ölkələr öz aralarında razılığa gələn Türkiyə, İranRusiyadır. ABŞ isə faktiki olaraq bu üç ölkəyə qarşı Suriyada balans yaratmağa can atırdı. İndi isə mənzərə odur ki, ABŞ Suriyanı bu ölkəyə buraxaraq Suriyanı tərk edir.

Xatırladaq ki, ABŞ hərbiçiləri 4 ildən artıq idi ki, Suriyada yerləşdirilmişdi. İŞİD-lə mübarizə altında Suriya torpaqlarına girən ABŞ hərbiçilərinin isə tək müttəfiqi Suriya kürdləri idi. Elə bu üzdən də ABŞ-ın NATO müttəfiqi olan Türkiyə ilə Suriyda yola gedə bilmədi. Türkiyə Vaşinqtonun kürdlərlə olan əməkdaşlığına görə strateji müttəfinqdən üz döndərib Rusiyaİranla ittifaqa girdi. Bu artıq müttəfiqlik standartlarının dağılması anlamına gəlirdi, lakin Ankaranın Suriyada Vaşinqtona arxa çevirməsinin də xüsusi əhəmiyyətli səbəbləri var idi. Vaşinqton Əsəd rejimini yıxmaq üçün Suriya kürdlərini silahlandırdı və haqlı olaraq Türkiyə də gələcəkdə bu silahların ona qarşı çevriləcəyini düşündü. Ortada 1990-ların acı İraq təcrübəsi də vardı…

Ərdoğanın Suriyada Rusiyaİranla anlaşması ABŞ-la Türkiyə arasında problemləri çoxaltmaqla yanaşı, Vaşinqtonun Suriyada kifayət qədər zəifləməsinə səbəb oldu. Son zamanlar isə Türkiyə və ABŞ hərbiçilərinin Suriyada döyüşdə üz-üzə gəlməsi demək olar ki, qaçınılmaz hala gəlmişdi. Hər şeydən əvvəl Türkiyə öz təhlükəsizliyi üçün Menbiçin kürd yaraqlılarından təmizlənməsini israr etməsi Vaşinqtonla Ankara arasında ipləri qopma nöqtəsinə gətirib çıxarmışdı.

Bu təhlükəli vəziyyətdən çıxmağın yollarından biri də görünür ki, Trampın seçki marafonu zamanı verdiyi sözü tutması və ABŞ hərbiçilərinin Suriyadan çıxarılması idi. Lakin hazırda yaranmış vəziyyət yuxarıda da qeyd etdiyimiz kimi, bir çox cavabsız suallar yaradıb. Hər şeydən əvvəl ABŞ-ın Suriyadan çəkilməsi Suriydakı hərbi-siyasi və geosiyasi vəziyyətə necə təsir edəcək? Bundan sonra ABŞ Suriyadakı və Yaxın Şərqdəki maraqlarını necə müdafiə edəcək və Suriya probleminin həllində həlledici sözə sahib ola biləcəkmi? Suriya kürdlərinin gələcək hərbi-siyasi missiyaları nə olacaq və kürdlər Türkiyənin qarşısında müqavimət göstərə biləcəklərmi? ABŞ-ın Suriyadan çəkilməsi Rusiya-Türkiyə münasibətlərinə necə təsir edəcək? Və s. Suallar əslində daha çoxdur və bu sualların aydın cavabları isə demək olar ki, yoxdur.

Bəzi analitiklərin fikrincə ABŞ Suriyadan Yaxın Şərqdəki gücünü qeyb eləməmək üçün çəkilir. Çünki hazırda İsrail nəzərə alınmazsa, ABŞ-ın Yaxın Şərqdə demək olar ki, müttəfiqi qalmayıb. Qaşıqçı qətlindən sonra ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanı ilə problemləri yaranıb. Lakin bütün hallarda Türkiyənin ABŞ üçün strateji əhəmiyyəti İsrail və Səudiyyə Ərəbistanın əhəmiyyətindən daha böyükdür. ABŞ Türkiyəni tamamilə itirərsə, Yaxın Şərqi də itirə bilər. Bu üzdən də Ərdoğanın Rusiyaİranla ittifaq qurması əslində Vaşinqtonu çıxılmaz vəziyyətə salıb. Və bu ittifaqın davam etməsi ABŞ-ın Yaxın Şərqdən əlini üzməsi ilə nəticələnə bilərdi.

Qeyd edək ki, Donald Tramp hərbiçilərin Suriyadan çıxarılması bağlı əmr verməmişdən bir gün əvvəl ABŞ konqresi Türkiyəyə “Patriot” raketlərinin satılmasına razılıq verib. Halbuki daha əvvəl Konqress buna razılıq vermirdi. Bu üzdən də Ərdoğan Rusiyadan S400 raketlərini almağa qərar verdi. Görünür ki, Ərdoğanın Vaşinqtona yolladığ “siz satmazsanız, başqasından alaram” mesajı gec də olsa ünvanına çatıb.

Bütün bunlara baxmayaraq ABŞ-ın Suriyadan tam çəkilməsini gözləmək də sadəlövhlük olardı. Çünki Beynəlxalq Koalisiyaya başçılıq edən ABŞ-ın istənilən anda Suriyaya hava zərbələri endirmək imkanları var. Bəlkə də elə bu üzdən Ankarada ABŞ-ın Suriyadan hərbiçiləri tam çıxaracağına inanmırlar. Rusiya da ABŞ-ın Suriyadan çəkilməsinə heç də xöşgörü ilə yanaşmır. Moskva hesab edir ki, Vaşinqton İŞİD terorçularını Suriyadan çıxararaq onun sərhədlərinə toplayır. Elə bu üzdən də artıq “qaynar” nöqtə Suriyadan Orta Asiyaya sıçraya bilər. Həmçinin istisna deyil ki, Vaşinqton Suriyada Əfqanıstanda olduğu kimi Rusiyaya qarşı “cihad” elan edə bilər.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədlinin fikirlərini öyrənib.

Əhəd Məmmədli: “ABŞ Türkiyənin əli ilə Suriyada Rusiyaİranın qarşısını almaq istəyir”.

Maraqlıdır ki, politoloq Əhəd Məmmədli hesab edir ki, ABŞ Suriyadan çəkilməklə təşəbbüsü Türkiyənin əlinə verir və faktiki olaraq Türkiyəni RusiyaSuriya ilə üzbəüz qoymağa çalışır:

“Fikrimcə ABŞ-la Türkiyə əvvəlcədən bu məsələni razılaşıblar. “Reuters” aqentliyinin verdiyi xəbərə görə Trampla Ərdoğan razılığa gələndən sonra bu qərar ortaya çıxdı. Hesab edirəm ki, bu qərarın ortaya çıxması təsadüf deyil. ABŞ Türkiyənin əli ilə Suriyada Rusiyaİranın qarşısını almaq istəyir. İlk öncə də Fəratın şərqi terroristlər dən tam təmizlənəcək. Bundan sonra Şimali Suriya ərazisi Türkiyənin nəzarətinə keçəcək. Beləliklə də ABŞ -ın dəstəyi və Türliyənin əli ilə, Rusiyaİranın Suriyanı tam nəzarətə götürməklərinin qarşısı alınacaq.

Suriyanın 90%təşkil edən sünnilərin böyük əksəriyyəti öz xilaskarını Türkiyə də görürlər. Ona görə ABŞ bu məsələni Türkiyə ilə birlikdə həll etmək istəyir. Türkiyə Şimali Suriyanı nəzarətə götürəndən sonra daha mərkəzə irəliləyəcəyini gözləyirəm.

Şimali Suriyadan sonra növbəti hədəfin Hələbin yenidən müxalif qüvvələrə qaytarılacağını gözləyirəm. PKK-YPQ-PYD isə böyük oyunçular tərəfdən piyada olaraq qurban verildilər. Bu örnək bütün separatçılara dərs olsun. ABŞ Rusiyaya güvənib onların vədlərinə inanıb türk ölkələrinin ərazisində özlərinə dövlət qurmaq xəyallarından əl çəksinlər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Ən çox oxunanalar