Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiyaya görə Ermənistana xəbərdarlıq etdi... - Vaşinqton hansı addımlar ata bilər?

Sanksiyaları pozan Ermənistan şirkətlərinə məhdudiyyət tətbiq edilə bilər?...

Politoloq: “ABŞ da bilirlər ki, Ermənistan şirkətləri hakimiyyətin tapşırıqları ilə Rusiyanın şirkətləri ilə əməkdaşlıq edir”.

Rusiyaya sanksiyalara tətbiq ediləndən bəri Ermənistan iqtisadiyyatında müəyyən inkişaf var”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistana etdiyi xəbərdarlığı Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib. Burada söhbət Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yan keçmək cəhdindən gedir.

Yaranmış vəziyyətdə ABŞ-ın xəbərdarlığına məhəl qoymayan Ermənistana qarşı Vaşinqtondan hansı addımlar atıla bilər. Xüsusən, sanksiyaları pozan Ermənistan şirkətlərinə məhdudiyyət tətbiq edilə bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Nikol Paşinyan çox riskli oyun oynayır və Vaşinqton bu kimi siyasətləri qəbul etmir”.

Bu sanksiyalar tətbiq edilərsə, Nikol Paşinyanın siyasi nüfuzuna zərbə vurulacağını düşünən politoloq bildirib ki, o Vaşinqton tərəfindən arzuolunmaz şəxs kimi xarakterizə ediləcək:

ABŞ-ın Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınan ölkələrin bəzi şirkətlərinə sanksiya siyahısına Ermənistanın əlavə edilməsi bir növ Yerevana xəbərdarlıqdır. ABŞ da bilirlər ki, Ermənistan şirkətləri hakimiyyətin tapşırıqları ilə Rusiyanın şirkətləri ilə əməkdaşlıq edir. Ona görə də Ermənistan bundan nəticə çıxarmalıdır. Əgər, Ermənistan hökuməti sanskiyalardan yayınarsa, siyasi təzyiqlər artacaq.

Qeyd edim ki, Rusiyaya sanksiyalara tətbiq ediləndən bəri Ermənistan iqtisadiyyatında müəyyən inkişaf var. Bu da Rusiya şirkətlərinin Ermənistan üzərindən sanksiaylardan yayınmasına görədir. Ermənistan bu məsələdə fəaldır və Rusiyaya ciddi dəstək verir. Nikol Paşinyan çox riskli oyun oynayır və Vaşinqton bu kimi siyasətləri qəbul etmir.

Məhəmməd Əsədullazadə: “Ermənistan regionda Rusiyanın qara kasassasıdır. ABŞ çalışacaq ki, Ermənistanı bu siyasətindən çəkindirsin”.

Ermənistanın Rusiyaya qarşı sanksiyalara qoşulması isə, Rusiyadan Ermənistana təzyiqlərin artması ilə nəticələnəcək. Bu təzyiqlər isə, Ermənistana ciddi sanksiyaların tətbiq edilməsidir. Bu sanksiyalar tətbiq edilərsə, Nikol Paşinyanın siyasi nüfuzuna zərbə vurulacaq və o Vaşinqton tərəfindən arzuolunmaz şəxs kimi xarakterizə ediləcək.

Onu da qeyd edim ki, Ermənistan regionda Rusiyanın qara kasassasıdır. ABŞ çalışacaq ki, Ermənistanı bu siyasətindən çəkindirsin”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Ərəb fondları Qazaxıstan iqtisadiyyatına 7 milyard dollar sərmayə qoymağı planlaşdırır

Ən çox oxunanalar