Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiya və Şimali Koreyanı beynəlxalq nizamı pozmaqda ittiham edib

Rusiya ilə Şimali Koreya arasında hərbi sahədə əməkdaşlıq beynəlxalq nizamı pozur...

Poliqon xəbər verir ki, bu fikri ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin Seulda BMT Komandanlığının müdafiə nazirləri ilə görüşündə deyib.

Ostin deyib ki, Birləşmiş Ştatlar Çin və Rusiyanın Şimali Koreyaya hərbi potensialının artırılmasına, eləcə də Moskva ilə Pxenyan arasında artan hərbi əməkdaşlığın səviyyəsinə kömək etməsindən dərin narahatdır.

ABŞ Müdafiə Nazirliyinin rəhbəri iddia edib ki, Şimali Koreya Rusiya tərəfini Ukrayna müharibəsində istifadə etmək üçün silahla təmin edir. Rusiya isə öz növbəsində Şimali koreyalılara geniş miqyasda qanunsuz fəaliyyətlər üçün artan dəstək verir.

“Bütün bu fəaliyyətlər təkcə Koreya Respublikasını təhdid etmir. Bu, həmçinin son 70 il ərzində rifah və sülh gətirən qaydalara əsaslanan beynəlxalq nizamı pozur”, deyə Ostin bildirib.

Ostin əlavə edib ki, Şimali Koreya raket və nüvə sferasında, kiberməkanda inkişaf etməkdə davam edir ki, bu da həm Cənubi Koreyanı, həm ABŞ-ı, həm də bütün regiondakı müttəfiqlərini və tərəfdaşlarını təhdid edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Laçında 36 milyonluq layihənin icrasına başlanılır

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

2036-cı il Yay Olimpiya Oyunlarının məkanı bəlli oldu

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

Müdafiə Nazirliyinin generalı istefaya göndərilib - Yenilənib

Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib “Qarabağ” qoydu

Ən çox oxunanalar