Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiya biznes-jetlərinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Ticarət Nazirliyi biznes daşımaları ilə məşğul olan Rusiya şirkətlərinin təyyarələrini sanksiyalar siyahısına daxil edib...

Qara siyahıya “Meridian” aviaşirkətinə məxsus üç “Gulfstream Aerospace G450” biznes-jeti və bir “Airbus A320”, “Şimal-Qərb” şirkətinə məxsus iki “Gulfstream - G550” və “G650” biznes-jeti, “Premier Avia” şirkətinə məxsus bir “G650” jeti və “Boeing 737” təyyarəsi, həmçinin “RusJet” şirkətinə məxsus bir “Airbus A319” təyyarəsi daxil edilib.

Sanksiyaya məruz qalan biznes-jetlərdən yalnız “Meridian”a məxsus iki təyyarə Rusiya daxilində, həmçinin Türkiyə (İstanbul, Dalaman və Bodrum) və Azərbaycana (Bakı) uçuşlarını davam etdirir. Daha bir “Gulfstream” keçən ilin sentyabrından, digəri isə 2023-cü ilin iyunundan uçuşlar etməyib. Digər operatorların təyyarələri iyulun sonu-avqustun əvvəlində uçuşlarını dayandırıblar.

Həmçinin ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu Rusiya magistral aviaşirkətlərinin yeni təyyarələrini də siyahıya əlavə edib. Siyahıya “Aeroflot”, “Pobeda”, “S7 Airlines”, “Norwind”, “Nordstar”, “Ural Airlines”, “Utair”, “Yamal”, “Smartavia” və başqa şirkətlərin istismarında olan 117 ədəd təyyarə daxil edilib.

Poliqon.info


Etiket: ABŞ Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Ən çox oxunanalar