Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Qırmızı dənizdə husiləri qarşı koalisiya yaradacaq

ABŞ Husilərin gəmilərə hücumlarının qarşısını almaq üçün Qırmızı dənizdə koalisiya yaradılmasına çağıracaq...

Birləşmiş Ştatlar Husilərin mülki gəmilərə hücumlarının qarşısını almaq üçün dekabrın 15-də Qırmızı dənizə çoxmillətli qüvvələrin yerləşdirildiyini elan edəcək.

Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Portal iki İsrail və ABŞ rəsmisinə istinadən yazır: “ABŞ-ın bu barədə çağırışı cümə günü elan edəcəyi gözlənilir. Husilərin növbəti hücumlarının qarşısını almaq və onlara qarşı durmaq üçün Qırmızı dənizdə xüsusi, modernləşdirilmiş qrup fəaliyyətə başlayacaq”.

Körfəz ölkələrinə səfər edən Yəmən üzrə xüsusi elçi Tim Lenderkinq Səudiyyə Ərəbistanı, Oman və Qətərdəki həmkarlarından husilərə xəbərdarlıq mesajları çatdırmalarını istəyib. ABŞ rəsmiləri bildiriblər ki, bölgədəki bir neçə ölkə son iki həftə ərzində husilərə oxşar mesajlar çatdırıb və gəmilərə və İsrailə hücumların qəbuledilməz olduğunu açıqlayıb.

ABŞ rəsmiləri etiraf edib ki, xəbərdarlıqlar hələ husiləri hücumlarını azaltmağa sövq etməyib,

Husilərin hücumları İsrailin cənubundakı Eylat limanına ticarət gəmilərini gedişini demək olar ki, dayandırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ən çox oxunanalar