Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ: Prezident seçkilərində indidən qızğın rəqabət başlayıb

Demokrtaların düşərgəsində kimlər önə çıxır?

Sərdar Turqut yazır
31 yanvar 2019-cu il. Habertürk.com

“The Washington Post” qəzeti ilə “ABC News” qəzetlərinin birlikdə hazırlayıb ictimaiyyətə təqdim etdiyi son anketin nəticəsinə görə, seçicilərin 56 %-i bir də qətiyyən Trampa səs verməyəcəyini deyib. Bu anketin nəticəsinə güvənərək səsvermədə qalib gələcəyinə inanan Demokrat Partiyası isə daxilindəki namizədlik yarışını daha da rəqabətçi hala gətirib.

Yeni seçilən üzvləri ilə birlikdə Nümayəndələr Palatası içində solçu üzvlərin sayı daha çoxdur və 2020-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Demokrat Partiyasının solçu bir namizəd irəli sürməsinin çox yüksək ehtimal olduğu düşünülür.

Bəs nə dərəcədə solçu?

Demokrat Partiyasının prezidentliyə namizədi solçu olacaq, ancaq “nə dərəcədə solçu” sualına indidən dəqiq bir cavab vermək olmur.

Ötən seçkilərdə ulduzu parlayan Berni Sandersin partiya daxilində təsiri xeyli artıb. Hazırda bir çox gənc konqres üzvü onun göstərişləri və təlimatları ilə hərəkət edir.

Bu məsələ ilə bağlı əlaqə saxladığım bir çox jurnalist yaxın bir zamanda Aleksandria Okasio Kortez adının çox eşidiləcəyini və bu gənc qadının Amerika siyasətində məşhurlaşacağını deyir.

Əsasən liberal qütbdə təsirli olan Elizabet Voren isə daha çox ənənəvi demokrat qismə yaxın olmağa çalışır. Partiya içində nüfuzu onsuz da çox olan xanım Voren keçən səsvermədə Hilari Klintonun tərəfini saxlayaraq onu dəstəkləmişdi.

Solçu qisim artıq Hilari Klintonu ev xanımı kimi dəyərləndirir və onun kimi bir namizədi qəbul etmir. Belə düşünən Kamala Heris də prezidentliyə namizədliyini öncədən irəli sürmüşdü.

Berni Sanders məktəbi

Solçular Berni Sendersin komandasından bir namizəd çıxarmaq üçün çox çalışırlar. Beto Orork kişi olmasına baxmayaraq, qadınların dəstəyini alacağına inanır və onun da namizəd olmaq üçün çox çalışdığı bilinir.

Metoo Hərakatının təsiri

Demokrat Partiyası solçu bir qadın namizəd çıxararaq həm Trampa qarşı yaranmış böyük mənfi reaksiyadan, həm də “Metoo Hərəkatı”nın qadın namizədə verəcəyi böyük enerji və dəstəkdən yararlanmağa çalışacaq.

Həmçinin qeyd etmək lazımdır ki, mən son yayımlanan anketin daha çox böyük şəhərləri əhatə etdiyini və liberal bir yayınma olduğunu düşünürəm. Amerikada qadınlar arasında hələ də Trampa dəstək verildiyi bildirilir. Yəni ki, Tramp ikinci dəfə prezident seçilmək üçün var-gücü ilə mübarizə aparır. O, böyük bir səsvermə komandası hazırlayıb və komanda sosial mediada yeni alqoritmlərlə kifayət qədər təsirə malikdirlər. Deyilənə görə, bu kampaniya komandası çox intizamlı və ciddi şəkildə işləyir.

Orjinal

Tərcümə: Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar