Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ postsovet məkanın Rusiyaya buraxmayacaq 

ABŞ prezidenti Co Bayden Belarus xalqının yeganə ligitim təmsilçisi, son prezident seçkisinin qalibi Svetlana Tixanovskayanı Ağ evdə qəbul edib. Bu ilk baxışıdan böyük bir siyasi hadisə kimi görünməyə bilər. Əslində isə siyasi təsirləri zamanla hiss olunacaq çox böyük hadisə baş verib.

Dünyada mövcud olan dövlətlərin rəsmi təmsilçiləri, kral, prezident və baş nazirlər Vaşinqtona dəvəti səbirsizliklə gözlədikləri bir vaxtda, Belarusdakı son prezident seçkisinin qalibinin Vaşinqtona dəvət olunması və ən yüksək səviyyədə qəbul olunması onu göstərir ki, Ağ ev hakimiyyətin başında duran şəxslə deyil, xalqı təmsil edən şəxslə işbirliyi təcrübəsin tətbiq etməyə başlayıb.

Postsovet respublikaları üçün Svetlana Tixanovskayanın Ağ evdə prezident Co Bayden tərəfindən qəbul edilməsinin xüsusi əhəmiyyəti var. Bu görüşdən əvvəl belə fikirlər mövcud idi ki, Cenevrə görüşündə Rusiyanın avtoritar lideri Vladimir Putin ABŞ prezidentindən postsovet məkanına müdaxilə etməməyi, bu bölgəni Moskvanın nəzarət dairəsi kimi qəbul edilməsini istəyib. Cenevrə görüşündən sonra yayılan qeyri-rəsmi məlumatlarda prezident Co Baydenin Putinin bu tələbi ilə razılaşdığı iddia olunurdu. Məlumatlarda o da qeyd olunurdu ki, Putin Co Baydendən Svetlana Tixanovskayanı Vaşinqtona dəvət etməməyi tələb edib və guya ABŞ prezidenti Rusiyanın avtoritar liderinin bu istəyi ilə də razılaşıb. İndi isə məlumolur ki, Co Bayden Putinlə razılaşmayıb və postsovet məkanın Rusiyaya buraxmaq niyyətində deyil. Belarus xalqının yeganə ligitim təmsilçisi Svetlana Tixanovskayanın Vaşiqntonda ən yüksək səviyyədə qəbul olunması bunun təsdiqidir.

Co Baydenin Svetlana Tixanovskaya ilə görüşdə dünyada demokratiya ilə avtoritarizm arasında mübarizə getdiyini bəyan etməsi də demokratiya uğrunda mübarizə aparan bütün qüvvələrə yönəlik mesaj kimi qəbul oluna bilər. Svetlana Tixanovskaya isə demokratiya ilə avtoritarizm arasında mübarizənin ön xəttinin Belarus olduğunu, 36 min insanın həbs və işgəncələrə məruz qalmaısna baxmayaraq Belarus xalqının demokratiya uğrunda mübarizəni davam etdirdiyini bildirib. Bu görüşdən sonra yayılan qeyri-rəsmi məlumata görə Vaşinqton Belarus iqtisadiyyatının tamamilə çökməsinə səbəb olacaq yeni sanksiya paketi hazırlayır. Məqsəd Avropanın sonuncu diktatorunu bütün maliyyə mənbələrindən məhrum etməkdir.

Belə görünür ki, ABŞ Rusiyanı öz sərhədləri daxilinə çəkilməyə vadar etməkdə qərarlıdır.

Xaqani Cəfərli - politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ən çox oxunanalar